Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda "sahibsiz kartların" sahibləri axtarılır… – Maliyyənin rəisi təlaş içindədir

Bu günlərdə İcra Hakimiyyəti başçısının dəyişdirildiyi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayılıb...

Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi məlumat aşağıdakı kimidir:”Hər rayona prezident aparatından (ictimi işlərə cəlb etmək üçün-red.) kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdır. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin, DOST mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə maliyyənin rəisini çağırıb deyib ki, mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın. İndi Xaçmazda düşüblər küçələrə, “ölü canları” axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, kartlar Şəmsəddindədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yuklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda “ölü canların” axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.

Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi Şimali Qafqaz kurortlarının birinə istirahətə gedib”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ətrafında danışaraq, Musavat.com-a bildirib ki, Xaçmazda ictimai işlərə cəlb olunmuş şəxslərlə bağlı çoxsaylı neqativ məlumatlar var: “KİV-lərdə də bu barədə tez-tez yazılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun qarşısını almaq üçün bütün rayonlar üzrə ictimai işlərə cəlb olunmuş şəxslərin siyahısını açıqlayıb. “DOST İş Mərkəzi” MMC – nin Xaçmaz rayonu üzrə ictimai işçilərinin siyahısı var. Siyahı 2 sentyabra olan göstəricilərə əsasən tərtib edilib. Bu şəxsləri bir-bir tapıb yoxlamaq olar ki, onlar “ölü canlar”dır, yoxsa real olaraq ictimai işlərlə məşğul olurlar? Nazirlik bu siyahını tərtib etdi ki, yerlərdə icra hakimiyyəti orqanları sui – istifadə hallarına yol verməsin. Nazirlik şəffaflığın təmin olunması üçün bu siyahıları hazırlayıb”.

S.Məmmədovun sözlərinə görə, icra hakimiyyəti orqanları məşğulluq idarələri ilə hər hansı sövdələşməyə gedirsə, bunun qarşısını almağın ən yaxşı yolu ictimaiyyətin iştirakıdır: “Dövlət işsizliyin qarşısını almaq üçün böyük vəsait ayırıb. Kimsə də “ölü canlar” siyahısını düzəldib, həmin vəsaiti mənimsəyirsə, bu, artıq cinayətdir. Burada problem var ki, bu məsələ üzə çıxıb. Deməli, digər rayonlarda da bu problem yaşanır”.

Yazılanlara, deyilənlərə münasibət öyrənmək üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə zəng vurduqda, onlarda bu haqda heç bir məlumatın olmadığını və bununla bağlı araşdırmanın aparılmadığını dedilər(musavat.com).

 


Etiket: Xaçmaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar