Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda koronavirus xəstələri ilə bağlı nə baş verir? – DİN-dən açıqlama

“Xəbərin içinə baxmadan yalan məlumat paylaşırlar. Əvvəlcə içini oxusunlar, sonra paylaşsınlar”...

Bu sözləri Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupunun rəhbəri Nizami Həmidov deyib. Onun sözlərinə görə, bir neçə gün öncə Operativ Qəraragahında açıqlamasında Xaçmazın Köhnə Xaçmaz kəndində koronovirusa yoluxma hallarının çox olması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı məlumat verilib. Amma bəzi saytlarda "kənd karantinə alınıb, və yaxud insanların kənddən çıxışı məhdudlaşdırılıb" kimi başlıqlarla xəbərlər gedib: "Köhnə Xaçmaz kəndində virusa yoluxma hallarının çox olması və qabaqlayıcı tədbirlər keçirildiyi barədə məlumatı biz yaymışıq. Açıb bir bizim yolladığımız xəbərə baxsınlar görək, kəndin içərisində karantinə salınma ilə bağlı məlumat verilib? Biz sadəcə məlumat vermişik ki, polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib”.

“Bundan əlavə şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin, marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb” - Həmidov əlavə edib.

pia.az


Etiket: Xaçmaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar