Xaçmazda bıçaqlanma faktı qeydə alınıb...
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qədmalıqışlaq kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirov Saleh Ənvər oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ş.Ağamirov əməliyyat olunub və vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
pia.az