Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Wi-Fi” şəbəkəsini kənar müdaxilələrdən qorumağın yolları

"Wi-Fi" fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. "Wi-Fi" texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə "Wi-Fi" şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.

Milli.Az bildirir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq "WPS"i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən "Wi-Fi" şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan "WPS"lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.

Başqa yolla "Wi-Fi" adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə "Wi-Fi" əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.

"WPA2-PSK" şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. "Wi-Fi" şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.

Modem sazlamalarından "MAC-Filtering" funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları müəyyənləşdirmək olar. Bu şəbəkə yalnız icazə verilən xüsusi qurğuların qoşulmasına imkan verir. Bunun üçün ilkin olaraq "MAC" ünvanları müəyyənləşdirilir və modem sazlamalarından "Status" bölməsinə daxil olub "MAC ünvanları" öyrənilir. Burada şəxsə məxsus ünvanlar mövcuddursa, onlar seçilib və yadda saxlanılmalıdır. Əgər başqa qurğulara məxsus "MAC" ünvanlar varsa deməli, kənar şəxslər şəbəkəyə icazəsiz qoşulublar.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib

Azərbaycanda bəzi dövlət rüsumları ləğv edilib

Azərbaycanlı aktyorun Türkiyədə öldürülməsinin videosu yayıldı - Yenilənib

Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Ən çox oxunanalar