"WhatsApp" yeni funksiya ilə təchiz olunub...
PİA.az xəbər verir ki, messencerə tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən funksiya əlavə edilib.
"Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiya mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.
Qeyd edək ki, bundan əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.
pia.az