Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Whatsapp-da təhlükə: Hakerlər video və şəkillərimizi ələ keçirə bilərlər?

Telegram-a da təsir edən təhlükəsizlik problemi pis niyyətli insanların özəl paylaşımları ələ keçirməsinə yol aça bilər

Anthony Cuthbertson
“The Independent” qəzeti, ABŞ, 17 iyul 2019-cu il

Təhlükəsizlik problemi Whatsapp və Telegram-da hakerlərin özəl şəkilləri, videoları və səsyazmaları ələ keçirməsinə səbəb ola bilər.

Kiber təhlükəsizlik şirkəti olan “Symantec”-in araşdırmaçıları “Media Sənədlərinin İstismarı” problemini ortaya çıxarıblar. Araşdırmaçılar düşünürlər ki, bu, populyar mesajlaşma tətbiqinin Android versiyasına təsir edəcək.

Araşdırmaçılar xəbərdarlıq edirlər ki, hakerlər bu vəziyyətdə WhatsApp və ya Telegram istifadəçilərinin həssas paylaşımlarından şəxsi qazanc əldə etmək və ya zərər vermək üçün istifadə edə bilərlər.

Digər tərəfdən, hər iki mesajlaşma tətbiqi də istifadəçiləri üçün göndərənin kimliyini qoruyan və hakerlərin mesajları oxumasını əngəlləyən bir şifrələmə xidməti təqdim edir.

Lakin “Symantec” şirkətinin araşdırmaçıları isə düşünür ki, bu sistem bir müddət işə yarasa da, WhatsApp və Telegram istifadəçilərinə əsassız bir güvən verir.

Həmçinin, araşdırmaçılar öz bloq yazılarında tapdıqları dəlillər barədə açıqlama veriblər: “Bu gün hər kəs inanır ki, bu yeni mesajlaşma tətbiqləri manipulyasiya edicidir və gizlilik məsələsində olduqca etibarlıdır. Lakin şifrələmə sistemi rabitəni təhlükəsiz hala gətirsə belə, əgər şifrədə tətbiq səviyyəsində xətalar varsa, bu mexanizm effektiv olmayacaq.”

Araşdırmaçıların ortaya qoyduğu təhlükəsizlik problemi pis niyyətli insanların şifrələmədən əvvəl və ya sonra başqalarının paylaşımlarını ələ keçirməsinə səbəb ola bilər.

Məsələn, özəl şəkillər və ya digər media sənədləri cəmiyyətin üz çevirdiyi insanların əlinə keçsə, o zaman çox ciddi problemlər yarana bilər. Araşdırmaçılar namizədlik yarışında olan bir siyasətçinin ya da şirkət rəhbərinin paylaşımlarından istifadə olunsa, bu, daha böyük problemlər doğura bilər.

Problem WhatsApp-da Android-i ilə bağlıdır. Telegram-da isə “Qalereyada Saxla” bölməsi açıldıqda təsir edə bilir.

“Symantec” araşdırmaçıları hər iki tətbiqin istifadəçilərinə də Media Sənədi İstismarından qoruyacaq bir üsul olmadığını deyərək xəbərdarlıq edib.

Google-un növbəti mobil əməliyyat sistemi olan Android Q-da təhlükəsizlik probleminin istismarının qarşısını almaq üçün müəyyən dəyişikliklər edilə bilər. Yenə də tətbiqlərin istifadəçiləri də pis vəziyyətdə qalmamaq üçün bir şey edə bilərlər.

Qeyd edək ki, araşdırmaçılar istifadəçilərə tətbiqin ayarlarını dəyişdirməyi təklif edib: “İstifadəçilər media sənədlərinin başqa bir yerdə toplanmasını ləğv edərək Media Sənədi İstismarı riskini azalda bilərlər.”

Qeyd: “The Independent” qəzeti məsələ ilə bağlı Telegram-ın və WhatsApp-ın fikirlərini almaq üçün onlarla əlaqə saxlayıb.

Tərcümə PİA.az-a məxsusdur.

Fatimə ƏLİYEVA
pia.az

Etiket:

loading...