Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsalə Mahirqızı təkzib etdi: “Heç yerə getməmişəm...”

"APA Holdinqdə heç bir dəyişiklik olmayıb, heç yerə getməmişəm, yerimdəyəm”.

Bunu Sfera.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, sadəcə olaraq, qurumda gənc rəhbərlər dəyişilib:

"Nurşən Quliyev mənim birinci müavinim idi, yenə də elədir. İndi də öz otağımdayam. Təəssüf ki, bizim bəzi həmkarlarımız elə özümüzə münasibətdə qeyri-peşəkardırlar. Bu məlumatı zəng edib məndən soruşmaq
olardı, əlçatmaz adam deyiləm. APA Holdinq açıq qurumdur. Sabah insanlar həmin mətbuat nümayəndələrinin hansısa məmurla, qurumla bağlı yazılarına inanmamaqda haqlıdırlar. Dedi-qodunu, şayiəni kim yayıb bilmirəm, amma başqa həmkarlarımızdan da bununla əlaqəli müraciətlər olub və mən də cavab vermişəm”.

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatda iddia olunub ki, APA holdinqin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar