Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsalə adını qumarda hallandıranları polisə verdi

Aparıcı Vüsalə Əlizadə mediada onun haqda qumardan külli miqdarda pul qazanması və insanları buna təşviq etməsi barədə çıxan reklam materialları barədə sərt fikirlər bildirib...

PİA.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb. Vusalə həmin media orqanlarını məhkəməyə verəcəyini vurğulayıb:

“İki gündür bu iyrənc xəbəri məndən soruşan dost-tanış, qohum-qonşu, həmkarlarım məni şok etdilər! Mənim bu işdən xəbərim yoxdur. Qazanacağım pul reklam müqabilində olsa belə, bu iyrənc yola əl atmaram, bunu kim edib hələ bilmirəm. Amma vəkilimin şikayəti ilə polis orqanları bu işə artıq nəzarət edir.

Bunu edən qürursuz bilir ki, Vüsalə Əlizadə Azərbaycan məşhurları arasında hörmətli və insanların güvəndiyi, etimad etdiyi və hər xəbərinə maraq göstərilən insanlardandır. Elə ona görə də bu rəzilliyi edib, adımla insanları aldadır ki, guya mən bu qumarabənzər iyrənc yolla milyonlar qazanmışam. Hələ insanlara da məsləhət görürəm. Qəzet və sayt rəhbərliyi bu rəzillikdən necə xəbərsizdir? Hakkersən nə zibilsən, səni tapıb üzünə tüpürəcəyəm, gözlə. İnsanları aldatmaq, başqasına böhtan atıb adından sui-istifadə edərək pul mənimsəmək nə ilə nəticələnəcək görəcəksən. Xahiş edirəm, inanmayın bu iyrənc oyunlara, mənə heç bir aidiyyəti yoxdur”.

Aparıcı daha sonra şərh bölməsinə isə bunları əlavə edib:

“Sən demə, bəxtəvər olmuşuq, bir qoyub min götürürük. Allah bəlasını versin. O buz kimi studiyalarda, dözülməz işıqların altında xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm. Axtarışdadır az qalıb”.  (Axşam.az)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar