Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsal Hüseynov vətəndaşların məmurlar haqda düşüncələrini dəyişir

Dövlət Miqrasiya Xidmətinin rəisi bir ilkə imza ataraq, vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə canlı ünsiyyətin əsasını qoydu

Ümid etmək istərdik ki, yaxın illərdə bu cür kadrların sayı barmaqla sayılacaq qədər yox, daha çox olacaq

İstəsək də, istəməsək də bu gün məmur dedikdə, ağla ilk olaraq günün az qala bütün saatlarında kostyum geyinən, qalstuk taxan, "Bəxt üzüyü" filmində deyildiyi kimi üzündə "Bolşe zəhrimara" olan, nəfəs alanda fısıltısı 3-4 metrdən eşidilən, ətrafdakı insanlara, əsasən də tabeçiliyində çalışan şəxslərə yuxarıdan aşağı baxan, mətbuatdan mümkün qədər uzaq qalmağa çalışan, bu və digər şəxsin himayəsinə girərək özünü sığortalamağı planlaşdıran, yalnız xüsusi günlərdə Qarabağdan, Vətəndən, millətdən danışaraq özünü cəmiyyətə ziyalı kimi sırımağa can atan, yol verdiyi kobud nöqsanlar, qanun pozuntuları səbəbindən hər an tutduğu vəzifəsilə vidalaşmaq məcburiyyətində qala biləcəyindən ehtiyat edən şəxs gəlir. Şübhəsiz ki, bütün məmurları bu kateqoriyaya aid etmək doğru olmazdı və əslində, bizim belə bir niyyətimiz də yoxdur. Çünki onların da arasında əsl vətəndaş, sözün həqiqi mənasında vətənpərvər, üzərinə düşən vəzifəni layiqincə icra etməyə çalışanlar da var.

Təbii ki, bununla bərabər, etiraf etmək gərəkdir ki, bu gün yuxarıda qeyd etdiyim kriteriyalara cavab verməyən şəxslərin məmur olma ehtimalı olduqca zəifdir. Bir sözlə, məmurun ki, ən gəzməli-görməli yerlərdə azı 2-3 villası, paytaxtın və ölkənin müxtəlif ərazilərində 5-6 mənzili, özünün, həmçinin ailə üzvlərinin hərəsinin 2-3 ən son model xarici avtomobili, geniş maliyyə imkanları, eləcə də həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə biznes strukturları olmadısa, daha o nə məmurdur... Təəssüflər olsun ki, hazırda bu qəbildən olan məmurların, vəzifə sahiblərinin sayı heç də az deyil. Lakin ötən il keçirilən prezident seçkilərindən bir müddət sonra aparılan kadr islahatları nəticəsində, daha dəqiq desək, ölkə başçısının müvafiq sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin olunan Vüsal Hüseynov bu müddət ərzində sərgiləmiş olduğu fəaliyyəti nəticəsində sadə vətəndaşların məmurlar haqda düşüncələrini alt-üst etdi desək, yəqin ki, yanılmarıq. Belə ki, o, indiyədək Azərbaycanda görünməyən, heç bir məmurun, vəzifə sahibinin etmədiyi müsbət yeniliklərə imza atıb. Məsələn, "Facebook" səhifəsi olan və onu şəxsən özü idarə edən Vüsal Hüseynov sosial şəbəkə vasitəsi ilə ünvanlanan sualları qısa da olsa cavablandırır. Bununla bağlı bir müddət öncə "ASAN radio"ya verdiyi açıqlamasında "Cavablarım adətən qısa olur. Müraciətlər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı olduqda araşdırılması üçün müvafiq şöbəyə yönləndirirəm" deyən Dövlət Miqrasiya Xidmətinin rəisi müraciətləri cavabsız qoymamağa çalışdığını vurğulayıb: "Bəzən müəyyən mesaj və şərhlərə cavab gecikə bilər, amma çalışıram müraciətlərin hamısını cavablandıram. Cavablandırmadığım müraciətlər üçün də üzr istəyirəm, qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, belə hallar iş yükü ilə bağlı olur".

Hələ bu, harasıdır. Bugünlərdə "Facebook"da canlı yayım edən Vüsal Hüseynov təxminən, bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib və bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını bildirib. Əlinizi vicdanınıza qoyub bu suala cavab verin: İndiyədək hansı məmur, vəzifə sahibi vətəndaşlarla məhz bu formatlı canlı ünsiyyətə çıxıb? Birmənalı şəkildə demək olar ki, heç biri. Bu günədək nümunə üçün bir dəfə də olsun hansısa yüksək çinli məmur, icra başçısı və ya nazir canlı yayımda əhalini maraqlandıran suallara aydınlıq gətirməyə cəhd etməyib. Halbuki bir çox ölkələrdə rəsmi şəxslər məhz bu üsullarla həm özlərinə divident qazanır, həm də cəmiyyətin problemlərini vasitəçisiz birbaşa qaynağından öyrənməyə, onları həll etməyə çalışırlar. Ki, bu da təqdirəlayiq haldır.

Etiraf etmək lazımdır ki, bir neçə il öncəyə qədər məmurlar mətbuata qarşı bu qədər də etinasız yanaşmırdılar. İndi isə vəziyyət demək olar ki, tamam dəyişib. Bu gün artıq nəinki nazir, hətta bu və digər icra hakimiyyətində çalışan hansısa şöbə müdirini belə, tapıb ondan müsahibə götürmək, hansısa məsələyə dair açıqlama almaq az qala xəyala çevrilib. Çünki məmurların böyük bir qismi mətbuat nümayəndələrinin bu və digər mövzularda suallarını cavablandırmağa heç həvəs belə göstərmirlər. Təbii ki, bunun da bir neçə səbəbi var. Əsas səbəb isə odur ki, dövlət qurumlarının rəhbərlərinin əksəriyyətinin mətbuatla işləmək ənənəsi yoxdur. Dövlət Miqrasiya Xidmətinin rəisi isə bir ilkə imza ataraq vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə canlı ünsiyyətin əsasını qoydu. Görünür, bu, onun gənc olmasından və bu səbəbdən də kompyuter informasiya texnologiyalarından, müasir texniki üsul və vasitələrdən istifadə etmək bacarığına sahib olmasından irəli gəlir. Söz yox ki, Qərb təhsili də bu məsələdə öz təsirini göstərir. Ümid etmək istərdik ki, yaxın illərdə bu cür kadrların sayı barmaqla sayılacaq qədər yox, daha çox olacaq və nəhayət, sadə vətəndaşların məmurlar haqda düşüncələri müsbət istiqamətdə dəyişəcək. Hələlik isə digər vəzifə sahibləri Dövlət Miqrasiya Xidmətinin rəisindən nümunə götürsələr heç də ois olmaz. (Hurriyyet.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar