Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramovun seçki qərargahından açıqlama

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahının mətbuat açıqlaması...

Vüqar Bayramovun böyük uğurlarla müşayiət olunan seçkiqabağı təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir. 84 saylı Füzuli seçki dairəsinin seçicilərinin respublikamızın müxtəlif bölgələrində məskunlaşdığını nəzərə alaraq seçki qərargahının əvvəlcədən tərtib etdiyi xüsusi qrafik əsasında bütün seçiciləri ziyarət etmək məqsədinin reallaşdırılması üçün təşviqat dövründə böyük səy göstərilib.
Rayon əraizisindəki ilk görüşünü Horadiz şəhərində keçirən Vüqar Bayramov Füzuli rayonunun elə bir qəsəbəsi və kəndi qalmayıb ki, oradakı seçiciləri ziyarət edib, onları dinləməsin. Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Şükürbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Gecəgözlü yatağı, Şıxlı yatağı, Bala Bəhmənli, Əhmədbəyli, Mahmudlu -1, Mahmudlu -2, Qarabağ, Araz Dilağarda, Araz Zərgər, Alıxanlı, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu kəndlərində, 5 Zobucuq, 11 Qayıdış qəsəbələrində, yeni 400 evlik qəsəbədə izdihamlı görüşlər keçirilib.
Bundan başqa, bu günədək Füzuli rayonundan kənarda yerləşən bütün yaşayış məntəqələrində - Sumqayıtda, Lökbatanda, Şirvanda, Sabirabadda, İmişlidə, Beyləqanda, Biləsuvarda, Salyanda, Kürdəmirdə, Mingəçevirdə, Gəncədə, Ağcabədidə, Bakı şəhərində Bakıxanov və Zabrat qəsəbələrində məskunlaşmış, 84 saylı dairənin seçiciləri olan məcburi köçkünlərlə görüşlər keçirilib, onların qayğıları ilə yaxından tanış olunub, ehtiyacları öyrənilib, gələcək fəaliyyətdə nəzərə alınması üçün səsləndirilən təkliflər toplanaraq sistemləşdirilib, məcburi köçkünləri yaxından maraqlandıran ümumi və fərdi məsələlərin qeydiyyatı aparılıb.

84 saylı Füzuli seçki dairəsi üzrə keçirilən görüşlər ümumilikdə 15 mindən çox seçicini əhatə edib, 10 mindən çox ailəyə Vüqar Bayramovun tərcümeyi-halı və detallı şəkildə platforması əks olunan jurnallar, təqvimlər paylanılıb. Mübağiləsiz demək olar ki, Vüqar Bayramovun seçkiqabağı marafonu əhatə dairəsinin genişliyinə, ənənəvi və müasir seçki texnologiyalarının uğurlu tətbiqinə və nümunəviliyinə görə respublikamızda ən uğurlu seçkiqabağı təşviqat kampaniyalarından biri kimi tarixə düşüb.

Hər görüşdən sonra seçicilərin Vüqar Bayramovu dövrəyə alması, asanlıqla görüş yerindən ayırlmaq istəməməsi, səmimi söhbətə can atması, onu parlamentdə görmək arzusunu dönə-dönə təkrar etməsi Füzuli camaatının doğma torpağın yetişdirdiyi alim övladına olan etimad və güvəninin təzahürüdür. Vüqar Bayramovun görüşlərdə üzünü seçicilərə tutaraq “9 fevralda seçkiyə gəlin, Füzuli rayonunu ölkəmizdə, respublikamızıisə dünyada layiqincə təmsil edəcək namizədə səs verin” söyləməsi, piarını rəqibləri yox, öz nailiyyətləri və fəaliyyət planı üzərində qurması onun yüksək əxalqi-mənəvi keyfiyyətlərinin bariz göstəricisidir.

84 saylı Füzuli seçki dairəsinin seçicilərinin seçkiqabağı təbliğat dövründə göstərdikləri yüksək fəallığın əsas səbəblərindən biri də deputatlığa namizəd Vüqar Bayramovun seçicilərlə səmimi ünsiyyət qura bilməsinin və qısa zamanda qarşılıqlı etimad formalaşdırmağı bacarmasının nəticəsidir.

Bütün bu sadalananlar, eyni zamanda 84 saylı Füzuli seçki dairəsinin seçiciləri arasında fərqli siyasi mənsubiyyətli saytlar, sorğu agentlikləri və səhifələr tərəfindən aparılmış bütün sorğu və onlayn səsvermələrin nəticələrinə uyğun olaraq, Vüqar Bayramovun bütün rəqiblərini dəfələrlə üstələməsi onu deməyə əsas verir ki, Füzuli seçiciləri artıq seçimlərini ediblər, eləcə də həmyerlilərinin tanınmış iqtisadçı alimə güvənləri tamdır. Bu etimad sağlam təməllər üzərində bərqərar olub və Vüqar Bayramov seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanacaq.

pia.az

Fotolar




Etiket: Vüqar Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar