Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VPN-lə bağlı mühüm açıqlama

VPN texnologiyasından istifadə edərkən mobil trafik tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi, həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

PİA.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ötən gündən başlayaraq internetə və bəzi sosial media resurslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı danışarkən qeyd edib.

Osman Gündüzün sözlərinə görə, vacib olmadığı halda VPN yükləmək tövsiyə olunmur.

Məsələ ilə bağlı fikir bildirən İKT üzrə ekspert Fərid Zeynalov qeyd edib ki, adi halda hansısa sayta və ya serverə müraciət edəndə internet provayderi üzərindən keçməli oluruq, indiki vəziyyətdə isə şəbəkəyə limit tətbiq olunduğu üçün internet provayderi üzərindən keçmək mümkün deyil.

Fərid Zeynalov vurğulayıb ki, istifadəçilər VPN proqramını yüklədikdə internet vasitəsilə tanımadıqları serverə qoşulurlar:

“VPN sizin və müraciət etdiyiniz saytın arasında vasitəçi rolunu oynayır. Trafikiniz həmin VPN serverindən keçir. Beləliklə, fərdi informasiyanı tanımadığınız, bilmədiyiniz VPN serverinin üzərindən ötürürsünüz. Proqramda ölkə seçimi də rol oynaya bilər. Anlamalıyıq ki, rəqəmsal dünyada məxfilik prinsipi yoxdur, serverlərin məhz hansı ölkəyə məxsus olması naməlumdur. Risklər hər zaman mövcuddur”.

Qeyd edək ki, düşmənin sosial şəbəkə hesablarından informasiya təxribatının qarşısını almaq üçün Azərbaycanda internet məhdudiyyəti tətbiq olunub. Sosial şəbəkəyə girmək istəyən vətəndaşlar isə VPN proqramından istifadə etməyə başlayıb.(Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar