Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Voleybolçumuz dünya rekordu qırdı

Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan dünya rekorduna imza atıb

PİA.az ONA-ya istinadən məlumat verir ki, “Toray”da klubunda legioner həyatı yaşayan təmsilçimiz Yaponiya V-Liqasında fərqlənib.

O, “Hisamitsu” ilə final mərhələsinin ikinci qarşılaşmasında 60 xal yığıb. Bununla da millimizin üzvü voleybol tarixinə bir matçda ən çox xal toplayan oyunçu kimi düşüb.

Y.Kulanın komandası son çempiona uduzsa da, voleybolçumuz tarixə düşüb. Təmsilçimiz kişi voleybolçuların rekordçusu, bir oyunda 59 xal toplayan Leonardo Leyvanı da arxada qoyub. Yanaya qədər qadınlar arasında rekord yığmamızın lideri Polina Rəhimovaya məxsus idi – 58 xal.

Qeyd edək ki, "Toray" finalda “Hisamitsu”ya "Qızıl set"də uduzub. Y.Kulanın komandası ilk matçdakı 0:3 hesablı məğlubiyyətin revanşını alsa da, "lotereya"da uduzub. 32 yaşlı hücumçumuz da rekordu məhz 3:2 (29:31, 25:19, 25:23, 23:25, 15:13, qızıl set 18:25) hesablı qələbə qazandıqları matçda vurub. Yekunda voleybolçumuz V-Liqasının gümüş medalına da yiyələnib.

O, eyni zamanda Yaponiya çempionatını ən məhsuldar oyunçusu və ən yaxşı top qəbuledicisi də seçilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar