Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“VMedia” “YouTube” kanalı: “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” 

VMedia YouTube kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Ermənistanda niyə çaxnaşma yaratdığına və Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet dövründəki sərhədlərin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə göstərə bilməyəcəyinə aydınlıq gətirən yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan Facebook-da birbaşa efir zamanı bu barədə bəyan edib.

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmdə qeyd olunur ki, Sovet dövründə müttəfiq respublikaların sərhədləri yerlərdə göstərilməyib və Ermənistan bundan sui-istifadə edərək məqsədyönlü şəkildə kəndlərini, əkin və otlaqlarını Azərbaycan ərazisinə tərəf "irəli çəkib".

“Sovet dövründə bu cür hallar Qazaxdan tutmuş Zəngilanadək bütün sərhəd boyu baş verib. Bu proses son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fonunda daha da sürətlənib. Və indi, delimitasiya prosesi start götürərkən, qanunsuz əldə etdikləri bütün əraziləri Azərbaycana geri qaytarmalı olacaqlar! (...) Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi dövr həmişəlik bitdi”, - filmdə deyilir.

Xatırladaq ki, VMedia YouTube kanalı layihəsi Ermənistan ictimaiyyətinə informasiya və maarifləndirilmə dəstəyi çərçivəsində fəaliyyət göstərir. Burada erməni təbliğatından ən çox erməni xalqının zərər çəkdiyi, həqiqətin onlardan daim gizlədildiyi ortaya çıxarılır. Yeni çarxda məhz bu cür gizlədilən faktlar barədə söz açılır.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar