İnauqurasiya mərasimi yerli vaxtla saat 10:00-da başlayıb
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilir.
Mərasim Ukrayna Ali Radasında keçirilir.
İnauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri iştirak edir.
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edir.(ONA)
pia.az