Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putinin İrana səfəri gözlənilir

Rusiya Prezidenti Vladimir Putinin İrana cavab səfəri edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Calali “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz Rusiya Prezidenti Vladimir Putini ona uyğun vaxtda qəbul etməyə hazırıq. Habelə biz Tehranda “Astana formatı”nda Zirvə toplantısını keçirməkdə də maraqlıyıq”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, 2022-ci il yanvarın 19-20-də İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri iki ölkə arasında dönüş nöqtəsi olub. Səfir deyib ki, son aylarda iki ölkə prezidentlərinin razılaşmalarının həyata keçməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub.

Qeyd edək ki, Suriya məsələləri üzrə sülh danışıqları prosesi olan “Astana formatı” Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə 2017-ci il yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Nur-Sultanda (2019-cu ilədək Astana) keçirilən görüşdə yaranıb. Bu formatın məqsədi Suriyada vətəndaş müharibəsini başa çatdırmaqdır. Danışıqlar prosesində Rusiya, Türkiyə, İran, ABŞ, və BMT, habelə Bəşar Əsədin və müxalifətin nümayəndələri iştirak edir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar