Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-spiker ABŞ dövlət katibinin keçmiş köməkçisini cırmaqlayıb?

Gürcüstan parlamentinin müxalif “Gürcüstan vətənpərvərləri Alyansı” partiyasından vitse-spikeri İrma İnaşvili ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza barədə Baş prokurorluğa müraciət edib...

İnaşvili onun barəsində böhtan atma üzrə araşdırma aparmağı tələb edir.

Virtualaz.org xəbər verir ki, buna səbəb ötən gün Tbilisdə keçirilən beynəlxalq konfransda baş vermiş qarşıdurmadır.

Belə ki, Gürcüstanın iqtisadi siyasət araşdırmaları Mərkəzinin və ABŞ-ın Makkeyn İnstitutunun birgə təşkil etdiyi beynəlxalq konfrans zamanı İrma İnaşvili ilə konfransın təşkilatçılarından biri, ABŞ dövlət katibinin keçmiş köməkçisi David Kramer arasında qarşıdurma yaranıb.

İnaşvili konfransa dəvət olunmasa da “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” müxalif partiyasından deputat Giqi Bokeriyanın bir gün əvvəl konfransda onların partiyasının haqqında işlətdiyi ifadələrə etiraz etmək üçün konfrans zalına daxil olub. Giqi Bokeriya konfransdak çıxışında deyib ki, “Gürcüstan vətənpərvərlər Alyansı” Rusiyaya bağlıdır və bu ölkənin maraqlarını ifadə edir.

Konfransın təşkilatçıları , o cümlədən Kramer əvvəlcə İnaşvilinin çıxış etmək barədə xahişini rədd ediblər. Daha sonra dövlət katibinin keçmiş köməkçisi vitse-spikerə yaxınlaşıb və ondan tələb edib ki, yanında gətirdiyi jurnalistlərlə birlikdə konfransı tərk etsin. Lakin bu zaman Kramerlə İnaşvili arasında sözlü qarşıdurma yaranıb. Sonda İnaşviliyə çıxış etmək imkanı yaradılıb.

Çıxışının sonunda vitse-spiker David Kramerdən insidentə görə üzr istəməyi də tələb edib, bildirib ki, Gürcüstan parlamentini təmsil etdiyi üçün ona qarşı edilən hərəkət yolverilməz idi.

Konfransda iştirak edən digər keçmiş amerikalı diplomat, ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza isə jurnalistlərə insident haqda danışarkən deyib ki, İrma İnaşvili David Kramerə hücum çəkib, onu cırmaqlayıb.

İnaşvili bu açıqlamanı “böhtan” adlandırıb və Brayzanın barəsində təhqiqatın başladılması üçün Gürcüstan Baş prokurorluğuna müraciət edib. İnaşvilinin sözlərinə görə, onunla Kramer arasında sözlü qarşıdurmanın yarandığı bir vaxtda Brayza jurnalistlərə yalan məlumat verib.

“Mən Baş prokurorluğa müraciət edirəm ki, böhtan və yalana görə araşdırma başlatsın. Qoy orada itirak edən bütün adamları dindirsinlər. Qoy Krameri və xanım Nino Yevgenidzeni (təşkilatçılardan biri) dindirsinlər. Mənə qarşı zorakılıq edənlərin hamısı cavab verməlidir. Tələb edirəm ki, Kramerə və Metyu Brayzaya qarşı təhqiqat başladılsın. Brayza yalançıdır və böhtan yayır, David Kramer isə zorbadır və yalançıdır”,-vitse-spiker bildirib.

Ötən gün axşam İnaşvilinin partiyasının gənclər qanadı Tbilisidə XİN-in binası qarşısında Kramerin persona non-qrata elan edilməsi tələbi ilə aksiya keçiriblər. Bazar günü isə partiya ABŞ-ın Tbilisidəki səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar