Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-kanslerin qadınla qalmaqallı videosu yayıldı

Ölkə erkən seçkiyə gedir

Gizli sözləşmə ilə bağlı qalmaqallı videosu yayılan Avstriyanın vitse-kansleri və Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxe tutduğu vəzifədən istefa verməli olub.

Pia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ştraxe bildirib ki, Baş nazir Sebastyan Kurtsla artıq danışıb və ondan istefasını qəbul etməyi xahiş edib. Ştraxe, eyni zamanda, Avstriya Azadlıq Partiyası liderliyini də tərk edəcək.

Qalmaqallı videodan sonra Avstriyanın kansleri Sebastyan Kurts bəyan edib ki, Azadlıq Partiyası öz davranışı ilə ölkənin imicini zədələdi. Avstriya Xalq Partiyası lideri Kurts Milli Şurada (parlamentin aşağı palatası) yeni seçkilərin keçiriləcəyini və koalisiya hökumətinin Avstriya Azadlıq Partiyası ilə işinə son qoyduğunu elan edib.

Vitse-kansler postunu isə Nəqliyyat naziri Norbert Xofer tutacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, Almaniyanın "Der Spiegel" və "Suddeutsche Zeitung" nəşrləri bu günlərdə hakim koalisiyanı bitirən, həmçinin Ştraxenin karyerasının sonu olan video yayımlayıb. 2017-ci ilə aid olan həmin görüntülərdə Ştraxe və köməkçisinin İbizada özünü rusiyalı oliqarxın qohumu kimi təqdim edən qadınla görüşü əks olunub. Görüşün Avstriyada seçkilərdən bir müddət əvvəl baş tutduğu qeyd edilir.

Naməlum sarışın qadın siyasətçilərə Avstriyanın məşhur "Kronen Zeitung" nəşrinin səhmlərinin 50 faizini almaq istədiyini bildirir. Ştraxenin isə qadına gizli anlaşma təklif etdiyi, həmçinin onun dövlət müqavilələrinə əlçatanlığını təmin etməyə söz verdiyi deyilir. Bunun qarşılığında isə 2017-ci ilin oktyabrında baş tutacaq parlament seçkilərində Ştraxenin partiyasına maliyyə yardımı ediləcəkdi. Razılaşmanın baş tutduğu vurğulanır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar