Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Virusun mövcud olmadığı 5 ölkə: Koronavirus bu ölkədə rəsmən “yoxdur”, amma 25 min adamı öldürüb...

Türkmənistan hakimiyyəti ölkədə bir dənə də olsun koronavirusa yoluxma faktını bu günə qədər təsdiqləməyib. Amma səhiyyə sistemindəki mənbələr bildiriblər ki, virus indiyədək ölkədə azı 25 min nəfərin ölümünə səbəb olub. Söhbət hələ gizli şəkildə rəsmiləşdirilən ölüm hallarından gedir, əslində isə koronavirusdan ölənlərin sayı daha çox ola bilər.

“Koronavirusdan ölüm ictimaiyyətə açıqlanmasa da, hər gün vilayətlərdən Səhiyyə Nazirliyinə bu haqda məlumat verilir”, – mənbə “Azadlıq” radiosunun türkmən xidmətinə deyib.

Türkmənistan əhalisi 6 milyona yaxındır və dünyada koronavirusa yoluxmaların olmadığını bildirən azı 5 ölkədən biridir. Onlardan üçü Sakit Okeanda təcrid olunmuş adalar, dördüncüsü sərt nəzarət altında olan Şimali Koreyadır.

Türkmənistan hakimiyyəti lap əvvəldən koronavirusun ölkəyə yayılmasını inkar edib, amma bəzi qadağalar tətbiq edib və maska taxmaq məcburiyyəti həyata keçirib. Mənbə koronavirusdan real ölümün 25 mindən çox olduğunu, tibb işçilərinin pandemiyanın miqyasını kiçiltməyə çalışdığını söyləyib.

“Regional rəsmilər qorxurlar və mərkəzə ötürdükləri məlumatlarda ölü sayını azaldırlar”, – mənbə vurğulayıb.

Türkmənistan xəstəliyi inkar etsə də, iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib, Rusiya və Çindən vaksin tədarükü görüb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Geri qayıdacaq məcburi köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub

Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin təfərrüatı - Video

Ən çox oxunanalar