Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virus bioterroristlər tərəfindən yaradılacaq – Bill Qeytsin 5 il öncəki proqnozu

Bill Qeyts 2015-ci ildə "TEDTalks" adlı tədbirdə Epidemiya mövsusunda çıxış edib...

O, indiki vəziyyəti hələ 5 il öncədən təxmin edərək bəşəriyyətə 5 çıxış yolu göstərib.

PİA.az ted.az-a istinadən Bill Qeytsin həmin çıxışını təqdim edir:

"Uşaqlığımda hamı nüvə müharibəsindən qorxurdu, ona görə də çəlləkdə su və konservləşdirilmiş yemək saxlanılırdı. Müharibə olsa, nə edəcəyimizi bilirdik. İndiki zamanda qlobal fəlakət artıq elə görünmür. Hazırda milyonlarla insanı müharibə deyil, virus yıxa bilər. Raket deyil, mikrob... Bunun səbəbi bizim hələ də nüvə təminatına vəsait yatırıb, o sahəyə fokuslanmağımızdır. Epidemiyaların qarşısının alınması üçün pul yatırmırıq. Növbəti epidemiyaya hazır deyilik...

Gəlin, Ebola virusunu xatırlayaq. Əminəm ki, hamınız qəzetlərdə bu virus haqqında oxumusunuz. Virusun inkişafını diqqətlə izləyirdim. Problem sistemin zəifliyində deyil, hansısa sistemin, ümumiyyətlə, olmamasında idi. Sistemin vacib və sadəliyi cəhətdən elementar tərkib hissələri çatmırdı. Çalışmağa hazır, virusun yayılma səviyyəsini dəqiq şəkildə müəyyən edə biləcək epidemioloqlarımız yox idi. Klinik hesabatlar yalnız kağızda idi, operativlik - "0", mütəxəssislərin hazırlığı - "0"... Bir çox qeyri-müəyyənliklər ortaya çıxırdı. Bu işdə könüllülərin yardımı böyük rol oynadı, amma yenə də operativlik problemi yaşanırdı. Həmin epidemiya yüz minlərlə insanın mobilizasiyasını tələb edirdi. Yoluxmuş insanları necə mualicə etmək lazım olduğunu heç kəs bilmirdi. Məsələn, sağalmış insanların qanını yoluxanlara köçürmək olardı, beləliklə, xəstə insanlarda virusa qarşı imunitet yaranmağa başlayardı. Həmin metod başqa metodlar kimi bir dəfə olsun, yoxlanılmadı. Ebola insanların səhvinə görə yayılırdı.

Bu cür fəlakətlər filmlərdə tamamən başqa cür göstərilir: təcrübəli epidemioloqlar qrupu virus mənbəyini tapıb hamını qurtarırlar. Bu sadəcə Hollivud hekayəsidir. Yaxşı hazırlaşmasaq, növbəti epidemiya daha çox can ala bilər.

Ebolanın yayılması nəticəsində təxmini 10 min insan dünyasını dəyişdi. Amma onu da nəzərə alaq ki, bu epidemiya Afrikanın 3 dövlətində müşahidə olunurdu. Ebolanın yayılmasının qarşısını alan 3 faktor var idi: həkimlərin işi, virusun təbiəti strukturu (havadan keçmir, insanlar yoluxanda yataq xəstəsi olduğu üçün virusu başqalara yoluxdura bilmirdilər), yoluxma halların böyük şəhərlərdə müşahidə olunmaması.

Növbəti dəfə bəxt üzümüzə gülməyə bilər. Virus təbii şəkildə yayıla, yaxud bioterroristlər tərəfindən yaradıla bilər.

Gəlin, virusun hava ilə yayılmasına baxaq. Bu cür yayılma yolu 1918-1920-ci illərdə müşahidə olunurdu. Mənbəyi ABŞ olan virus təxminən 50-100 milyon insanın həyatını aldı.

Bu ciddi problemdir, ona qarşı laqeyd yanaşmaq olmaz. Epidemiyalara qarşı effektiv reaksiya sistemini yaratmaq gücünə malikik. Telefonlarımız var - onların köməyi ilə informasiya axınını təmin edirik. İnsanların hərəkət istiqamətini göstərə bilən peyk xəritələrimiz var. Yəni əlimizdə lazımi alətlər var, yalnız onları qlobal səhiyyə sisteminə yerləşdirmək qalır. Hazır olmalıyıq! Nümunə kimi ordunun infrastrukturunu göstərə bilərəm. Əsgərlər hər zaman müharibəyə hazır vəziyyətdə olurlar. NATO-nu götürsək, onun kimi böyük təşkilat ordusunu vaxtaşırı sınaqdan keçirir, əsgərlərin əqli və fiziki cəhətdən vəziyyətini yoxlayır. Epidemiya ilə mübarizə üçün məhz bu cür infrastruktur lazımdır. Beləliklə, nə etməliyik?

İlk olaraq kasıb ölkələrdə səhiyyəni gücləndirmək lazımdır. Hər bir ölkədə normal doğuş və sonraki vaksinasiya prosesi üçün şərait yaradılmalıdır.

İkincisi: təcili surətdə köməyə çata biləcək xüsusi tibb qrupları yaradılmalıdır.

Üçüncüsü: qeyd etdiyim mütəxəssislərin bacarıqlarını ordunun bilik və bacarığı ilə birləşdirməliyik. Əsgərlərin nizamlanmış, operativ hərəkəti, həmçinin təhlükəsiz zonalarının yaradılması təcrübəsi epidemiya üzrə mürəxəssislərin bilikləri ilə birləşərək yaxşı nəticələrə gətirib çıxara bilər.

Dördüncüsü: baktereoloji təlimlər keçirməliyik. Baktereoloji təlimlər sonuncu dəfə 2001-ci ildə ABŞ-da keçilib, nəticələri çox da ürəkaçan deyil. Bu oyunun indiki hesabı 1:0-dır, mikroblar qələbəyə doğru gedir.

Beşincisi: diaqnostika və vaksinasiya sahəsində yeni ixtiralara və araşdırmalara davam etməliyik.

Bu prosesə xərclənəcək vəsaitin miqdarını dəqiq demək mümkün deyil. Təkcə onu bildirə bilərəm ki, təhlükənin qloballığı nəzərə alınsa, vəsaitin miqdarı çox deyil. Beynəlxalq bankın hesabatına görə, qlobal qrip epidemiyasına görə, Dünya Bankı 3.000.000.000.000 dollar itirmiş olacaq. Bundan əlavə, milyonlarla insan həyatını itirəcək, bu da qlobal iqtisadiyyatı məhv etmək gücündədir. Panikaya gərək yoxdur, makaron alıb evin küncündə gizlənmək lazım deyil. Hərəkət etməliyik! Zaman bizi gözləmir. Əslində, Ebola bəşəriyyət üçün böyük bir dərs oldu, o, qırmızı işıq kimi bizə siqnal verdi. Hazırlıqlara indi başlasaq, bu çətinlikləri uğurla başa vuracağıq".

pia.az


Etiket: Bill Qeyts


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar