Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virginia Hall: İkinci dünya müharibəsinin az tanınan qadın casusu

Virginia Hall-ın kim olduğunu onunla eyni cəbhədə vuruşanlar da bilmirdilər

Virginia Hall alman faşistlərinin burnunun ucunda müharibə sirlərini oğurlayaraq, casus şəbəkəsi quraraq, Fransada İkinci dünya müharibəsi zamanı məhkumların həbsxanadan qaçmasına kömək edərək müttəfiq dövlətlərin düşmənləri üçün böyük bir təhlükəyə çevrilmişdi.

Bir ayağında 3 kilodan ağır taxta protez vardı, amma tez-tez görünüşünü dəyişdirən Virginia Hall-ın kim olduğunu onunla eyni cəbhədə vuruşanlar da bilmirdilər.

Başına inanılmaz macəralar gələn bu qadın 1980-ci illərdə dünyasını dəyişib və o vaxta qədər onun haqqında çox az məlumat olub.

Son zamanlarda Virginia-nın həyatı haqqına kitab dərc olunub, film çəkilişinə start verilib.

Filmdə casus qadını "Ulduz müharibələri"ndən tanıdığımız aktrisa Daisi Ridley canlandıracaq.

BBC əməkdaşı Alessandra Corrêa Virginia Hall-ın həyatı haqqında bilinənlərdən yazıb.

Ov zamanı ayağından yaralandı

ABŞ-ın Marylend əyalətində, varlı bir ailədə dünyaya gələn Virginia-nın arzusu diplomat olmaqdı. Ana dilindən başqa, o, fransız, italyan və alman dillərində də sərbəst danışırdı.

20 yaşında təhsilini davam etdirmək üçün Avropaya gedən Virginia sonradan Varşava, Venesiya və İzmirdəki Amerika missiyalarında məmur olaraq çalışır.

Amma diplomat olmaq arzusunu reallaşdıra bilmir.

Virginia-nın həyatından bəhs edən "Önəmli olmayan qadın" ("A Woman of No Importance") kitabının müəllifi Sonia Purnell onun qadın olduğu üçün rədd edildiyini, o zamanlarda Amerikada heç bir qadının səfir təyin olunmadığını deyir.

Virginia 27 yaşındaykən ov zamanı bir səhv nəticəsində sol ayağından yaralanır və bununla da diplomatic karyera qurmaq şansı qalmır. Qanqrena başladığı üçün həkimlər ayağını dizindən aşağı amputasiya etmək məcburiyyətində qalırlar.

"Virginia idman etməyi, ata minməyi və ova getməyi xoşlayan biri olub. Şikəst olandan sonra onunla artıq heç bir şeyə yaramayan biri kimi davransalar da, Virginia çox önəmli bir qadın oldu" - BBC-yə müsahibəsində Purnell belə deyib.

İspaniyada həyatı dəyişdi
Ayağı kəsiləndən sonra evə qapanıb guşənişin həyat sürmək əvəzinə Virginia macəralara atılır və fövqəladə işlər bacarır.

Vətəndaşı olduğu ABŞ 1940-cı ilə qədər İkinci dünya müharibəsinə qoşulmasa da, Vircinia cəbhə xəttində, bomba və güllə yağışı altında Fransa əsgərlərini döyüş meydanından kənara daşıyır.

1940-cı ildə nasistlər Fransanı işğal edirlər, Virginia İspaniyaya gedir və burada həyatı dəyişir.

Bu ölkədə dəmir yol stansiyalarının birində çalışan ingilis casus Virginia-ya Londonda yaşayan dostunun telefon nömrəsini verib deyir ki, bu şəxs ona bir iş təklif edə bilər.

Bir fahişəxana sahibəsi və bir həkimlə iş birliyi

Hall İngiltərəyə yollanır, bu ölkədə yeni qurulan Xüsusi Əməliyyat Birliyində (SOE) könüllü olaraq çalışmağa başladı.

Purnell qeyd edir ki, o vaxt SOE-nin düşmən torpaqlarına qadın göndərməsinə icazə verilmirdi.

Amma Hall 1941-ci ildə "New York Post" müxbiri kimi Fransaya gedə bilir. Bu gizli fəaliyyətdə sağ qalmaq ehtimalı yarı-yarıyaydı.

Nasistlərə qarşı mübarizəni təşkilatlandırmaq kimi təhlükəli bir vəzifəsi olan Virginia ümumi ev (fahişəxana) sahibəsi Germanie-ni - 30 yaşlı yaraşıqlı bir qadını və cinsi xəstəliklər mütəxəssisi olan bir həkimi də bu işə cəlb edir.

Purnell bu şəxslərin sonradan ən fəal dirənişçilərə çevrildiyini bildirir.

Germaine fahişəxanaya gələn alman müştərilərdən informasiya toplayırdı - onlara yuxu dərmanı verib yatırdır, uniformalarının ciblərindəki sənədləri çıxarıb şəklini çəkir və bu şəkillərin Londana göndərilməsinə vasitəçilik edirdi.

Virginia-nın gizli təşkilatı etibarlı evlər də təşkil etmişdi. Pilotlar bu evlərə gələrək qaçan məhkumların ölkədən çıxarılmasını təmin edirdilər.

Bu şəbəkəyə yemək və benzin təşkil edən dəmir yolu işçiləri, o cümlədən, hökumət nümayəndələri də zamanla təşkilata üzv olurlar.

Onlar gələcəkdə gizli bir orduya çevriləcək şəbəkənin təməlini qururlar.

Düşməndən bir addım qabaqda

Qısa müddət ərzində Hall fövqəladə əməliyyatlar həyata keçirir, casusları həbsdən qaçırır, körpüləri partladır, alman konvoylarına hücumlar təşkil edir.

Onun şöhrəti təkcə dostları yox, düşmənləri arasında da yayılır.

Almanlar əllərində olan məlumatlara əsasən onun kim olduğunu öyrənirlə. Onlar Virginia-nı "topal xanım" adlandırmışdılar. Buna görə də Hall artıq diqqətli yerimək məcburiyyətindəydi. O, axsadığını gizlətmək üçün bir neçə saat piyada gəzib məşq edirdi.

Virginia-nın bacardığı ən böyük işlərdən biri 1942-ci ilin noyabr ayında qarlı Pireney dağlarını aşıb İspaniyaya qaçmasıydı. Bununla o, məhbuslara verdiyi işgəncələrlə məşhur olan, "Lyon Qəssabı" ləqəbli gespatopuçu Klaus Barbie-dən qurtula bilmişdi.

Hall nasistlərin qadınlara kişilərdən daha pis işgəncə verdiyini, tutulacağı halda başına nələr gələcəyini bilirdi.

Hamıdan fərqli

Almanların Hall-ı həbs etməyi nə qədər çox istədiyini bilən İngiltərə onu Fransaya qaytarmır. Virginia bu dəfə İspaniyaya göndərilir.

Amma Hall cəbhəyə getməkdə qərarlıydı. SİA-nın sələfi, ABŞ Strateji Xidmətlər Təşkilatı 1944-cü ildə onu yenidən Fransaya göndərir. Artıq Fransa tamamən nasistlərin işğalı altındaydı.

Virginia bu dəfə özünü yaşlı fermer Diane kimi qələmə verir. Həqiqətdə isə ona müttəqfiqlərin Normandiyaya çıxmasına kömək etmək tapşırılmışdı.

Hall orda almanlara qarşı partizan müharibəsi aparacaq 3 taborun təcrübə keçməsi işinin təşkilinə yardım edir.

Virginia-nın o dönəmdə iş başında olduğunu əks etdirən, 2006-cı ildə tapılmış bir fotoşəkil bu gün SİA-nın ofisindən asılıb.

"Hətta mən də onu anlamağa çətinlik çəkirdim"

Virginia Hall İkinci dünya müharibəsindəki fəaliyyətinə görə Xidməti Fərqlənmə Nişanı alan yeganə mülki qadındır.

Bundan başqa, o, Britaniya İmperator Nişanı və Fransa Müharibə Nişanıyla təltif edilib.

Amma Hall şəxsinə göstərilən diqqətdən yayınmağa üstünlük verib. O, 60 yaşında təqaüdə çıxana qədər (1966) SİA üçün çalışmağa davam edib.

"Virginia insanların onun haqqında danışmasını xoşlamazdı. O, 1950-ci illədrə ortaya çıxan ənənəvi qadın hekayələrinə də uyğun gəlmirdi" - Purnell belə deyir.

Hall 1982-ci ildə vəfat etsə də, tarixçilər onun qeyri-adi həyatıyla bağlı faktları tapıb toplaya biliblər.

Purnell deyir ki, Virginia "fəaliyyətini gizlətmək üçün ciddi əmək sərf etmişdi və kitabla bağlı araşdırma apardığım dönəmdə özümü onunla siçan-pişik oynayırmış kimi hiss edirdim. Hətta mən də onu anlamağa çətinlik çəkirdim".

pia.az


Etiket: Virginia Hall

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar