Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...

“VIP Style Estetik Tibb Mərkəzi” klinikası qadınları aldadaraq alqı-satqı müqaviləsinə qol çəkdirir sonra da məhkəməyə verir...

"VİP STYLE" Məhdud Məsuliyyətli Cəmiyyət bir gündə 12 qadından eyni iddia ilə Nərimanov Rayon Məhkəməsinə şikayət edib.

Səbəb isə odur ki, xanınlar aldıqları malın pulunu ödəmirlər. "VİP STYLE" MMC-nin şikayət etdiyi qadınların adlarını təqdim edirik:

Burziyeva Aytən Sadiq qızı, Məmmədova İradə Zöhrab qızı, Yaqubova Natəvan Nadir qızı, Fərzəliyeva Könül Vasif qızı, Eyvazova Sevinc Əbdülsəlim qızı, Rzayeva Aytəkin İltifat qızı, Xancanova Səadət Rəvan qızı, Rzazadə Aynurə Həsən qızı, Nəzərova Mətanət Əsədulla qızı, Məmmədova Zəmilə Təmiraz qızı, Süleymanova Təranə Əbdülhəmid qızı və Əliyeva Ülviyyə Vəli qızı.

Qeyd edək ki, bu klinika ilə bağlı artıq neçə illərdir ki, müxtəlif dövlət və hüquq-mühafizə orqanlarına şikayətlər olsa da tədbir görülmür. Belə ki, klinikanın xanımlara qurduğu ssenari demək olar eynidi. Şirkət xanımların mobil nömrələrinə zəng edərək onlara endirim kampaniyasına düşdüklərini deyir. Sonra isə onları mərkəzə dəvət edərək gözəlləşdirəcəklərini söz verirlər. Kampaniyaya düşdüyünü zənn edən xanımlarda çağırış yerinə gedirlər. Orada isə həkimlər xüsusi kremlər vasitəsi ilə xanımlara ilkin olaraq qulluq göstərirlər. Daha sonra isə firmanın bahalı kremlərini 50 faiz endirimlə almağı və pulu isə hissə-hissə ödəməyi təklif edirlər. Hətta çayda təklif edib 3-4 min manatlıq müqaviləyə qol çəkdirirlər. Klinikadan çıxanda isə müxtəlid adda kremləri xanımlara verərək sonradan polis və məhkəmə ilə hədələyərək pullarını tələb edirlər. Qadınlarda ailələri bilməsin deyənə qorxularından ya pulu ödəyirlər, ya da məhkəmə qapılarında qalırlar.

Xatırldaq ki, “VIP Style Estetik Tibb Mərkəzi”nin əməllərindən zərərçəkən yüzlərlə qadın “Azad İstehlakçılar” İctimai Birliyinə şikayət edib. Birlikdə dəfələrlə Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri qarşısında məsələ qaldırsa da faydası yoxdu. Yəni “VIP Style Estetik Tibb Mərkəzi” klinikası qadınları soymaqda davam edir... (yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar