Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilyam Hacıyev Prezidentə müraciət etdi - Mətn

Həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək bağışlanmasını xahiş edib.

PİA.az həmin müraciəti təqdim edir:

Mən vəkil, Y.İsmayılov hal hazırda İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin hüquqlarını müdafiə edirəm. Vilyam Hacıyevin açıq şəkildə Dövlətimizin başçısına müraciəti var. Onun dediklərini Sizə çatdırıram.​İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciəti.

​Möhtərəm cənab Prezident,​Mən Vətənimiz ugrunda vuruşmuşam, Azərbaycan xalqı naminə 1992-1993-cü illərdə döyüşmüşəm və müharibə veteranıyam. Ulu öndər Heydər Əliyev məni 10 may 1992-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının müdafiəsi zamanı göstərdiyim xüsusi sayıqlıq, qəhramanlıq və şücaətimə görə Naxçıvan Muxtar Respublikasının fəxri vətəndaşı adı ilə təltif etmişdir.​

Möhtərəm cənab Prezident, Mən tutdugum vəzifələrdən asılı olmayaraq heç bir zaman kasıbın malına göz dikməmişəm. Hər zaman çalışmışam ki, Xalqımızın yanında olum, maddi dəstəyə ehtiyacı olana maddi, mənəvi dəstəyə ehtiyacı olana mənəvi və xidməti köməyə ehtiyacı olana xidməti köməklik edim. Siz məni 2004-cü ildən Göygöl, Samuxİmişli rayonlarının İcra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin etmisiniz. Bu təyinatlar Sizin mənə göstərdiyiniz etimad olub. Mən də çalışmışam ki, etimadlarınızı dogruldum. 2012-ci ildə Siz məni İmişli rayon icra hakimiyyətinin başçısı təyin etdiniz və Sizin dəstəyinizlə mən rayonun inkişafı üçün bacardıgım qədər çalışdım.

Bir neçə ay sonra Siz rayona səfər etdiyiniz zaman İmişli rayonunun bir neçə ay ərzində necə sürətlə inkişaf edib müsbətə dogru dəyişilib, gözəlləşməsini çıxışınızda vurğuladınız.​Bu illər ərzində də ALLAH və İmişli rayonunun sadə əhalisi şahiddir ki, mən İmişli rayonunun hər bir kəndinə dəfələrlə getmişəm, əhalinin arasında olmuşam, onların problemlərinin həll olunması üçün yerli icra hakimiyyətinin səlahiyyətində olan məsələləri həll edib, digər qurumlarla baglı olan məsələlərin həlli üçün isə həmin qurumların rəhbərlərinin nəzərinə çatdırmışam.

Aydınlıq gətirmək istəyirəm ki, Xidməti dövrümdə Azərsun Holdingin, İmişli Şəkər zavodunun şəhərciyində qalmışam və orada qalarkən mənə rüşvət yox, cinayət yolu ilə əldə olunmamış, müxtəlif şəxsi imkanlarla Bayraq Muzeyinin tikintisi üçün nəzərdə tutulmuş vəsait verilmiş və həmin vəsait verilərkən video görüntü ilə çəkilmişdir.​Möhtərəm cənab Prezident,​Bu illər ərzində çalışmışam ki, işlədiyim bütün rayonlara bacardığım yaxşılıqları edim.

Büdcədən kənar, öz şəxsi imkanlarımla rayon üçün etdiyim, xatırladığım bir sıra işləri sadalamaq istəyirəm: 1.İmişli 5 saylı orta məktəbin əsaslı təmiri. 2.Şahmat məktəbinin tikintisi. 3.İmişli şəhəri Mərkəzi prospektinin bir hissəsinin təmir, tikinti və işıqlanması. 4.Bayraq muzeyinin tikilməsi. 5.İmişli şəhərində Məscidin təmiri. 6.1 Uşaq baxçasının tikilməsi. 8.Asan Parkın genişləndirilməsi. 9. 10-dan çox az təminatlı şəxsə fərdi həyatyanı evlərin tikilib verilməsi. 10. Bir çox vəziyyəti ağır olan şəxslərin tibbi əməliyyatlarının xərclərinin ödənilməsi. Və sair.

Bütün bu etdiklərimdən sonra həbs olunmağım məni çox məyus edir.

Cənab Prezident mənim təyinatlarım, Siz də bilirsiniz ki, şəxsən Sizin iradənizlə baş tutub və mən də hər zaman Sizə sədaqətli olmuşam. Xidməti nöqsanlar qaçılmazdır. Əlbəttə ki, demək olar əksəriyyət hər bir rəhbər heyətdə çalışan dövlət və özəl qurumların rəhbərlərindən narazı olan şəxslər də olur. Hal hazırda İstintaq gedir, mən çox ümid edirəm və inanıram ki, mənimdə təqsirsiz olduğum sübuta yetirilər.​Möhtərəm cənab Prezident,​2019-cu ilin yay aylarından səhhətimdə ciddi problemlər yaranmışdır. Buna dair müvafiq müayinə və həkim rəyləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş tibbi rəylərdən də görünür ki, mən cərrahi əməliyyat olunmalı və ya stasionar şəraitdə müalicə almalıyam. Əks təqdirdə səhhətim üçün geri dönüşü omayan ciddi fəsadlar yarana bilər. Bütün bunları nəzərə alaraq mənim hazırkı vəziyyətdə ev dustaqlığına keçirilməyim üçün aidiyyəti instansiyalara müvafiq tövsiyyələrinizi verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.

Hörmətlə Vilyam Hacıyev 07 sentyabr 2020-ci il(Oxu24)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar