Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilayət Quliyev sabiq naziri oğurluqda günahlandırdı

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev keçmiş Rabitə naziri Nadir Əhmədovu oğurluqda günahlandırıb

Bu barədə “Facebook” hesabında yazıb. V.Quliyev bildirib ki, müəllifi olduğu məqalə internetdə Nadir Əhmədovun yazısı kimi təqdim olunur: “Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi “Google”da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur. Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün, yəqin, Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş “qocaman ədib” heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi... Görünür, “Oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib (bax. “Türk ordusunun azərbaycanlı generalları”, “Xalq cəbhəsi qəzeti”, 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident) Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu “müəlliflərə” təşəkkür etməkdir”. Qeyd edək ki, N.Əhmədov 1997-2004-cü illərdə Azərbaycanın Rabitə naziri olub. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar