Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan narkotacirlərin polis zabitləri ilə səmimi fotosu yayılmışdı.

Pia.az Criminal.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görüb. Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilib.

Xatırladaq ki, iyulun 12-də bir neçə gün əvvəl Şabran rayonunda uğurlu əməliyyat keçirib. Əməliyyat nəticəsində rayon ərazisində narkotik becərməklə və satışı ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib. İdarə əməkdaşlarının Güləndi kəndində və "Stansiya Şabran" kimi tanınnan ərazidə keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafedə Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb, daha sonra Samir adlı şəxsi 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyərkən qandallayıb.

Fotodan görünür ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşiblər. Şəkildən belə görünürdü ki, onların yaxşı münasibətləri var.

Yəqin ki, istintaq bu əlaqələrin narkotik tacirlərinin uzun müddət azadlıqda qalması ilə əlaqəli olub-olmamasını araşdırılıb və qərar verilib.

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar