Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib

Bu gün Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlini qəbul edib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir Azərbaycanla Avstriya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini məmnunluqla diqqətə çatdıraraq iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin də mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini bildirib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu xatırladan nazir polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd edib.

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Avrovizyon” mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

O, problemlərdən danışarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

“Ailəmizin 4 üzvü müharibəyə yollanıb” - Aynişan

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

İlham Əliyev Paşinyanı “öz meydanında” məğlub etdi - Rusiya telekanalında müharibə debatına sözardı

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

Suriyalı terrorçunun Qarabağdakı görüntüləri yayıldı 

Dünya şöhrətli idmançımız da cəbhəyə yollandı - Foto

“Türkiyənin Azərbaycanda olması Rusiya və Ermənistana meydan oxumaqdır”.

loading...

Ən çox oxunanalar