Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir

2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

Nazirlikdən Trend-ə bildirilib ki, iştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir ([email protected]).

Pia.az


Şərh yazın.

loading...