Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı

Kür çayının səviyyəsinin azalması Neftçala rayonunda içməli su problemi yaradıb...

Bundan əlavə rayonda kənd təsərrüfatına ciddi ziyan dəyib və dəyməkdədir. Artıq bir müddətdir ki, sosial şəbəklərdə, mediada bu məsələ müzakirə olunur.

PİA.az Yenisabah.az Neftçaladakı son vəziyyəti, problemin həlli istiqamətində hansı işlərin görüldüyünü, yaxud görülməli olduğunu öyrənmək üçün bu rayondan deputat seçilən Sabir Rüstəmxanlı ilə söhbətləşib.

- Sabir bəy, Neftçalada hazırda vəziyyət necədir?

- Quraqlıq olması, suvarma mövsümünün başlaması və başqa səbəblər var ki, Kür çayının suyunun azalmasına səbəb olub. Bundan başqa, Kürün Xəzər dənizinə tökülən hissəsində vaxtilə texniki səhvlərə yol verilib. Çayın Cənuba uzanan qoluna bənd vurulub. Şimala uzanan qolu isə genişləndirilib. İndi cayın səviyyəsi düşdüyünə görə Xəzər dənizinin suyu Kürə qarışıb və nəticə etibarilə çayın suyu şorlaşıb. Hazırda 22 kənd, 1 qəsəbə və Neftçala şəhərinin özü içməli su problemi yaşayır. Beləliklə, 24 yaşayış məntəqəsi faktiki olaraq susuzdur. Bu yaşayış məntəqələri birbaşa Kürdən su götürürdülər. İndi bu mümkün deyi. Üstəlik kənd təsərrüfatına ziyan dəyib. Əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Mal-qara şor su içə bilmir. İnsanlar çıxılmaz vəziyyətdədirlər.

- Müvafiq qurumlar problemin həlli istiqamətində hansısa tədbirlər görürümü?

- Əhalinin içməli su ilə təmin olunması ilə bağlı müəyyən işlər görülür. Digər rayonlar da Neftçalaya yardım edir. Köhnə suvarma sistemi olan yerlərdə çənlərə su vurulur və buradan əhaliyə verilir. Həmçinin maşınla kəndlərə su daşınır. Lakin bu çıxış yolu deyil. Qarşıda iyul və avqustun istiləri gəlir. 80 min nəfərlik əhalinin təxminən 60 min nəfəri içməli suya möhtacdır. Bu problemi su daşımaqla həll etmək mümkün deyil. Digər tərəfdən, axı kənd təsərrüfatı sahəsi də var. İnsanların əkin sahələri, heyvandarlıq sıradan çıxa bilər.

- Bəs sizcə, hansı effektiv adımlar adılmalıdır?

- Hesab edirəm ki, Neftçalada artezian quyularının qazılmasına başlanılmalıdır. Bunu portativ texnika ilə qısa müddətdə etmək olar. Artezian quyularının qazılması ilə həm içməli su problemini müəyyən qədər həll etmək olar, həm də kənd təsərrüfatı sahəsini məhv olmaqdan qorumaq olar.

Bundan başqa, fikrimcə Kürün Xəzərə tökülən hissəsində şimala uzanan qoluna təcili bənd vurulmalıdır. Mən indi də gördüm oranı qazıb genişləndirirlər. Bu doğru deyil. Çünki Xəzərin suyu Kürə buradan daha çox qarışır. Küləyi də nəzərə almaq lazımdır. Xüsusilə xəzri küləyi şimal-şərqdən əsir və Xəzərin suyunu Kürə daha çox qovur. Bundansa cənub qoluna vurulan bəndi sökmək və oranı genişləndirmək lazımdır. Çünki Cənub tərəfdən küləklə Xəzərin suyunun Kürə qovulması imkanları azdır. Bununla problem həll oluna bilər. Kür tam qurumayıb ki. Burada əsas problem dəniz suyunun çaya axmasıdır. Bu da Kürün şirin suyunun şor olmasına səbəb olub. Əsas problem budur.

- Bu barədə müvafiq qurumlara təkliflərini vermisinizmi?

- Milli Məclisdə Kür çayı ilə bağlı məsələ müzakirə olunub. Azərsunun prezidenti Qorxmaz Hüseynov da iclasa dəvət olunmuşdu. O Azərbaycanın su ehtiyatları gələcəkdə yarana biləcək probemlərlə bağlı məlumat verdi. Yəni, ümumi vəziyyəti əks etdirən hesabat xarakterli çıxış etdi. Mən orda dedim ki, ümumi vəziyyət ayrı, Neftçalada bu gün yaranmış situasiya ayrıdır. İnsanlar susuz qalıb. Vəziyyət həqiqətən də acınacaqlıdır. Təbii ki, yuxarıdakı fikirlərimizi və təkliflərimizi səsləndirdik.

- Belə fikirlər səsləndirilir ki, Kürün səviyyəsinin aşağı düşməsi İranla Ermənistanın birgə qurduğu SES layihəsi də ola bilər...

Hər halda bu Arazaın suyunun azalmasına nəticə etibarilə Kür çayının səviyyəsinə təsirsiz olmaya bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar