Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib

Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: Hekayə, esse və poeziya (şeir). Müsabiqəyə esse və şeirlərin qəbulu üçün son tarix noyabrın 25-ə kimi, hekayələrin qəbulu üçün isə noyabrın 30-a kimidir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal olmalı və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalı, Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır. Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr və kateqoriya üzrə iştirakçı olduğunu qeyd etməlidir. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməlidir.

Hekayə janrı üzrə müsabiqənin mövzusu hərbi vətənpərvərlikdir.

Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul olunur. Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

Esse janrı üzrə yazılar “Qarabağdan namə” mövzusunda olmalı, mətnin həcmi 700 sözdən çox olmamalıdır.

Poeziya (şeir) janrı üzrə əsərlər istiqlaliyyət və milli ruhun tərənnümü, Qarabağ müharibəsi mövzusunda olmalıdır. Müsabiqəyə iri həcmli nəzm əsəri (poema) qəbul olunmur.

Müsabiqədə peşəkar yaradıcı şəxslər, həvəskar yaradıcı şəxslər, 10-15 yaş arası uşaqlar (bu kateqoriya üzrə iştirakçılar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir) iştirak edə bilərlər.

Müsabiqənin mükafat fondu 20 700 (iyirmi min yeddi yüz) manatdır.

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq hər bir janrda “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 əsas qalib, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 həvəsləndirici qalib, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 5 nəfər qalib seçiləcək.

Hər bir janr üzrə əsas qaliblərə (9 nəfərə) fəxri diplom və 1500 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə həvəsləndirici qaliblərə (9 nəfərə) xüsusi diplom və 800 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə qalib uşaqlara (15 nəfər) fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim olunacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (012) 493 42 94

İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar