Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşla nazirlik arasında maaş qalmaqalı

"Abidəyə qulluq edən mənəm, maaşı alan isə başqası"

Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir. Kənd sakini Sputnik Azərbaycan-a bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır: "Nə mən, nə də həyat yoldaşım işləyir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm ki, onsuz da bu abidəyə mən baxıram. Abidəyə qulluq edən mənəm, maaşı alan isə onların müəyyən etdiyi şəxslərdir. İldə bir-iki dəfə gəlirlər, baxıb gedirlər. Bu da olur onların mühafizəsi".

Kənd sakini deyib ki, Balakən rayon İcra hakimiyyətinə bununla bağlı müraciət edib: "Mənə dedilər ki, bu məsələyə Mədəniyyət Nazirliyi baxır. İcradan mənə iş təklif etdilər. Lakin səhhətimlə əlaqədar onların təklif etdikləri işdən imtina etdim. Mənim həyətyanı sahəm bu abidəyə görə zəbt olunub. Bir sözlə, mən torpağımdan da yararlana bilmirəm. Övladlarım məktəblidirlər. Onlara pul lazım olur. Mən də xəstəyəm, barı abidənin mühafizəsi işini mənə tapşırsalar dolana bilərəm".

"Niyə mən zəhmət çəkim, başqası maaş alsın? Axı mən də işsizəm. Etiraz olaraq övladlarını bir müddət məktəbə getməyə icazə vermədim. Əgər gələn il də belə davam etsə, mən övladlarımı məktəbə qoymayacam" - deyə kənd sakini iddia edir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, kənd sakinin şikayətindən xəbərdardırlar və onun şikayəti əsassızdır. Abidəni mühafizəsi üçün təhkim olunan şəxs bir abidəni mühafizə etmir. Həmin şəxsə bölgədəki bütün abidələrin mühafizəsi tapşırılır. Balakən rayonunda xeyli sayda abidə var ki, onların əksəriyyətinin yolu uzaqdır və yolu keçilməzdir. Nazirlikdən onu da bildiriblər ki, abidənin olduğu ərazinin satışı qanunsuzdur və yolverilməzdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar