Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşa göz verib, işıq verməyən “Azərişıq”

“Azərişıq” ASC-nin karantin müddətində də sərt tədbirlərdən əl çəkməməsi etirazlara səbəb olur...

Xəbər verdiyimiz kimi, bu günlərdə Masallı rayonunda “Azərişıq” ASC-nin 3 əməkdaşı güllələnib. Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə, onun həyətinə gələn və borcunun ödənilməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent evindəki ov silahı ilə “Azərişıq”ın əməkdaşlarına atəş açıb və nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı vətəndaşlardan tez-tez şikayətlər eşidilir. Redaksiyamıza xeyli sayda şikayət məktubları daxil olub. Bu narazılıq karantin müddətində də səngiməyib. Son hadisə də məsələnin araşdırılmasının vacibliyini ortaya qoymuş oldu.

Paytaxt sakini Elim Zakirov AYNA-ya ünvanladığı məktubda yazır ki, “Azərişıq”ın əməkdaşları vətəndaşları daim narazı salırlar: “Xüsusilə, bölglərdə “Azərişıq” ölkə rəhbərliyinin tapşırıqlarına əməl etmir. Mənim Şəki şəhərində yaşayan qohumlarım karantin müddətində belə bir problemlə üzləşmişdilər. Belə ki, “Azərişıq” əməkdaşları heç bir əsas olmadan onların işığını kəsmişdilər. Qohumlarımın israrlarına baxmayaraq, işığı kəsib hadisə yerindən uzaqlaşmışdılar. Düşünürəm ki, Masallıdakı hadisə də “Azərişıq” əməkdaşlarının özbaşına davranışları üzündən baş verib. Çünki bölgələrdə əməkdaşlara tapşrıq verirlər ki, rayonlar kənar olduğu üçün sakinləri incitmək olar, yetər ki, planı doldursunlar. Şəhərdə isə bunu çox edə bilmirlər, çünki şəhər göz önündədir deyə, bir o qədər də qanunsuz davrana bilmirlər. Amma bölgələrdə bu problem kifayət qədərdir”.

Ağdaş sakini Ömər Nəbiyev də redaksiyamıza göndərdiyi məktubda “Azərişıq”ın fəaliyyətindən narazılığını dilə gətirir: “Rayon və kənd yerlərində sayğaclar demək olar ki, kart sisteminə keçməyib. Ona görə də vətəndaşlar ödənişi birbaşa “Azərişıq” əməkdaşlarına ödəyirlər. Lakin problem ondadır ki, bizim rayonda və rayonun kəndlərində demək olar ki, doğru-düzgün işıq verilmir. Cüzi külək əsən və yağış yağan kimi işıqlar söndürülür. Buna baxmayaraq, vətəndaşın bir az borcu olan kimi, işıq idarəsinin işçiləri borcu tələb edir və əks halda vətəndaşı işıq üzünə həsrət qoyurlar. Hətta, dəfərlərlə şahidi olmuşam ki, rayonda borc istəməyə gələn “Azərişıq” əməkdaşlarının üstünə it buraxıblar, döyüblər və həyətdən qovublar. Çünki rayon yerlərində sakinlərin gəlirləri o qədər də çox olmur və kommunal xidmətləri ödəməkdə çətinlik çəkirlər. Nəticədə isə bu cür xoşagəlməz hadisələr baş verir”.

Məsələni AYNA-ya şərh edən hüquqşünas Nicat Gözəlov “Azərişıq”, “Azəriqaz” və “Azərsu” ASC-ləri təbii inhisarçılar adlandırıb: “Onların satışları və abonentə enerjinin çatdırılması ilə bağlı Nazirlər Kabinetinin tətbiq etdiyi qaydalar var. Elektrik enerjisi təchizatının isə normal həyata keçirilmədiyni yaxşı bilirik. Məsələn, Mingəçevir SES-də qəza baş verən zaman işığın Rusiyadan ötürülməsi ilə bizim cihazlarda nə baş verdiyi hamının yadındadır. Digər tərəfdən, bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya davam edir. Azərbaycan Respublikasının Tarif Şurası ölkədaxili tarifləri tənzimləməklə bağlı qərarlar qəbul edir. Sonuncu dəfə pandemiya dövründə hesabat ayları üçün nəzərdə tutulan tariflərin 200 KV üçün 7 qəpikdən, qalan dövr üçün isə digər qiymətlərlə hesalanması nəzərdə tutulurdu və iki dəfəyə qədər artırılmışdı. Əvvəl 300, sonra isə 400 KV oldu. Yəni əhali üzrə 7 qəpiyin ödənilmə məbləği 200 KV-dan 400 KV-a qaldırıldı. Bu da aprel və may ayları üçün nəzərdə tutulurdu. İndi isə hələ iyun ayı başlamayıb və “Azərişıq” borcların yığılması və işıqların kəsilməsi ilə bağlı 20 gündür ki, işıqları kəsməyə başlayıb. Karantin rejimi hələ aradan qalxmayıb və pandemiya dövrü yaşanır. Vətəndaşlar hələ maaşlarını almayıblar, amma onlar qapı-qapı düşüb əhalinin işıqlarını kəsirlər”.

“Qanuna əsasən, vətəndaşa bildiriş verildikdən sonra bir ayın tamamında işığı kəsilə bilər. Aprel-may ayları üçün də dövlət başçsının sərəncamı var ki, kommunal ximətlərdə vətəndaşlara toxunmaq olmaz. Karantin rejimi də ayın 31-nə qədər qüvvədədirsə, bu, necə olur? Yəni indiki halda baş verən hadisədə özbaşınalığı mən “Azərişıq”da görürəm. Çünki dövlət bir yandan istəyir ki, insanlar evlərində otursunlar, evdə oturanda da aydın məsələdir ki, enerji daha çox işlədilir. Digər tərəfdən isə bir neçə gündür, camaat işə çıxıb, amma borcları verməyi tələb edirlər. Bu, həm əxlaqi, həm də hüquqi baxımdan düzgün deyil. Bu tələbetmə iyun ayından başlasaydı, başa dümək olardı”, - həmsöhbətimiz bildirib.

Gözəlov əlavə edib ki, Nazirlər Kabinetinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı qərarı var: “Həmin qaydalara uyğun olaraq bildirilir ki, elektrik enerjisindən istifadə ilə bağlı hesablanma dövrü bir aydır və enerjini verən müəssisə istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini tam hesabladıqdan sonra ayda bir dəfə təqdim edir və bir ay tamam olmamış ödənilməsini tələb edə bilməz. Yəni dövlət başçısı və Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsasən, karantin dövrü bitmədiyi halda, məcburən sayğacları kəsməklə ödəniş tələb edirlər. Halbuki, bu, iyunun birindən tez tələb edilə bilməz. Ona görə də mən əhalinin məsələyə münasibətini doğru hesab edirəm”.

Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə AYNA-ya açıqlamasında, Masallıda baş verən hadisənin səbəblərini başqa cür izah edib: “Hadisənin “Azərişıq” əməkdaşlarının vətəndaşın işığını kəsdiyi üçün baş verdiyi deyilir. Əslində isə bayram günlərində bu kimi işlər yerinə yetirilmir. Həmin rayonda da heç bir abonentin elektrik xətti kəsilməyib. Sadəcə olaraq onlar arasında şəxsi zəmində münaqişə olub və bu cür hadisə baş verib”.

“Həmin şəxslər həqiqətən də “Azərişıq” ASC-nin əməkdaşlarıdır. Ancaq hadisə zamanı onlar vəzifələri ilə bağlı hər hansı bir işi icra etməyiblər. Sadəcə ola bilər ki, hansısa sayğaca ümumi baxış keçiriblər. Bu isə elektrik xəttinin kəsilməsi demək deyil. Hazırda iş hüquq mühafizə orqanları tərəfindən araşdırılır”, - Aydınoğlu əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar