Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın cənnətdəki ilk doğum günüdür - Fotolar

Vətən, millət, haqq-ədalət yolunda tərəddüd etmədən canından keçən, ölümün gözünə dik baxan cəsarət abidəsidir şəhidlər... Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda döyüşən, qanıyla tarix yazan şücaətli oğulardan biri olan Zülfüqarlı Zeynal Alim oğlunun bu gün cənnətdəki ilk doğum günüdür. Yaşasaydı 26 yaşı tamam olacaqdı. Amma Zeynal 25 illik ömrünün qalan hissəsini canından çox sevdiyi Vətənə bağışladı...
Azərbyacan Ordusunun giziri, şəhid Zülfqarlı Zeynalın doğum günü öncə Şirvan şəhər Şəhidlər Xiyabanında uyuduğu məzarı ətrafında Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri ilə birlikdə qeyd olundu. Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olundu, ruhuna dualar oxundu, məzarı üzərinə gül dəstələri düzüldü. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirdi ki, prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edildi, haqq-ədalət bərpa oldu, Şanlı Zəfər günü tariximizə şəhidlərimizin qanı ilə yazıldı. Sevinirik və qürur duyuruq ki, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. İlqar Abbasov tarixi Qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizin daim xatirələrdə yaşayacağını, onların ailələrinə hər zaman hörmət və ehtiram göstəriləcəyini qeyd etdi.

Sonra Zülfüqarlı Zeynalın vaxtilə yaşadığı küçədə şəhidin xatirə lövhəsinin açılışı oldu. Açılışda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Bələdiyyə sədri, şəhid Milli Qəhrəman Murad Mirzəyevin valideynləri, Şirvan şəhərindən olan şəhid anaları Zeynalın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışdılar. Tədbirdə qeyd olundu ki, Zeynal hərbiçi peşəsini seçməklə həyatını, arzularını, gələcəyini Vətənə bağışladı. Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Zeynalın xatirəsinin daim əziz tutulacağını, şəhidlik zirvəsinə ucalan Zeynalın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğuladılar. “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilən şəhidin igidliyinin və vətənpərvərliyinin gələcək nəzilllərə örnək olacağı diqqətə çatdırıldı.

PİA.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti aparatı adından şəhidin valideynlərinə xatirə hədiyyəsi təqdim olunub. 21 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompazisiya ilə çıxış edibər.

Tədbirin sonunda şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Fotolar

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar