Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şəhid olan və yaralanan mədəniyyət işçilərinin sayı məlum olub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda iştirak etmək üçün, minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Qeyd olunub ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb: "Azərbaycan mədəniyyətinə xidmət etmiş bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar