Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar

Vətən müharibəsində 10 medal alan əkiz qardaşlarHəsənağa və Qalib Bağırlı
Biləsuvar rayonunda Vətən müharibəsi qaziləri olan əkiz qardaşlar coşqu ilə qarşılanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Həsənağa və Qalib Bağırlı qardaşlarının Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olunublar.

Biləsuvar rayonununa qayıdan əkiz qardaşların rayon mərkəzində qarşılanma mərasimi keçirilib.

Vətən müharibəsinin ilk günlərindən Ordu sıralarına çağırılan Həsənağa və Qalib sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.


Onlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıblar. Daha sonra isə Zəngilan, Cəbrayıl, QubadlıLaçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Hər iki qardaş müzəffər Azərbaycan Ordusunda xidmət etdiyinə görə fəxr etdiklərini bildiriblər.

Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, QubadlıLaçın rayonunun azad olunmasına görə medalları ilə təltif ediliblər.

Qeyd edək ki, əkiz qardaşlar 1997-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olublar. Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə həqiqi hərbi xidmət keçiblər.

"Report"un Muğan bürosunun müxbiri Tural Nəsirovun əkiz qəhrəmanlar barədə hazırladığı videoreportajı təqdim edirik.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar