Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi şəhidinin anım günüdür - Foto

Bu gün Vətən müharibəsi şəhidi Şahı Məmmədlinin anım günüdür.

Məmmədli Şahı Elman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub.

2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-cü ildə xidmətini başa vuraraq evinə geri dönüb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub.

Ş.Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək, şəhidlik zirvəsinə yüksəlib.

Ailəsi 44 gün ondan xəbər ala bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar.

Şahı Məmmədli dekabrın 1-i doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Ş.Məmmədlidən bir yaşlı oğlu Ömər Məmmədli Vətənə yadigar qalıb.

Göstərdiyi şücaətə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Şahı Məmmədli “Vətən uğrunda” medalı ilə təltif edilib.(oxu.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar