Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, nazirliyin əməkdaşları Vüsal Rüstəmlini ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Onun atası vəfat edib.

Vüsala yaxın günlərdə əlillik dərəcəsi təyin olunacaq, birdəfəlik sığorta ödənişi, hər ay prezidentin aylıq təqaüdü və müavinətlə təmin ediləcək. Bu barədə ona və ailə üzvlərinə məlumat verilib.

Qazinin həyat yoldaşına aylıq əsasda ünvanlı sosial yardım ödənilir.

Vüsalın qardaşı marketdə işləyir. Anası üçün isə istəyinə uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində broyler inkubatoru sahəsi üzrə təsərrüfat yaradılacaq.

pia.az 


Etiket: Qazi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar