Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub

Azərbaycan Respublikasının Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb.

Nazirlikdən PİA.az-a verilən xəbərə görə, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir. “Gazelli Art House” qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.

Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin “şahidi”dir.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

Ən çox oxunanalar