Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi əlilləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib

Nəsimi rayonunda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən müharibəsi əlilləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib...

Azərbaycanda şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Dövlət şəhid ailələri və qaziləri hər cür şəraiti olan mənzillərlə təmin edir. Tibbi göstəriş və ehtiyacı olanlar minik avtomobilləri də təmin olunur. Onlara güzəştli şərtlərlə torpaq, kreditlər verilir, işə qəbulda kvotalar ayrılıb. Övladlarının təhsilinin də hamısı dövlət hesabınadır. Pensiya və müavinətləri respublika üzrə orta pensiya və müavinətdən yüksək müəyyənləşdirilib. Bundan əlavə, onlar üçün Prezident təqaüdü müəyyən olunub. Bu, Azərbaycanda istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dövlətin xüsusi diqqətinin nəticəsidir. Cəmiyyətdə də o insanlara həmişə böyük ehtiram və diqqət göstərilir.

Vətən müharibəsi əlillərinin və veteranların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən müharibəsi əlliləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər İdman İdarəsinin əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi əlilləri, veteranları və rayon gəncləri iştirak ediblər.

Əvvəlcə yarış iştirakçıları Nəsimi rayon şəhidlərinin xatirə kompleksinin önünə gül dəstələri qoymuş və ehtiramlarını bildiriblər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Vətən müharibəsində əlil olanlara, veteranlara, xüsusən də şəhid ailələrinə dövlət dəstəyinin daim göstərildiyini vurğulamış, rayon rəhbərliyi tərəfindən rayonda yaşayan əlillər, veteranlar və şəhid ailələri ilə sıx əlaqədə olduğunu, onların gündəlik problemlərinin həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Keçirilən yarışlarda Şahmat üzrə Alik Yusifov I yer, Kamal Quluzadə II yer, Nurlan Nəzərov III yeri qazanmış, Dama üzrə Əkbər İsmayılov I yer, Kənan Kərimli II yer, Elvin Qasımov III yeri qazanmış, Nərd üzrə Rauf Nəzərov I yer, Elnur Cənnətov II yer, Kənan İbrahimov III yeri qazanmışlar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub. İştirak edən digər əllilər isə diplomlarla təltif olunublar.

Yarışın sonunda çay süfrəsi arxasına əlilləri narahat edən məsələlərə aydınlıq gətirilib.

Fotolar

pia.az

 




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar