Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Bu barədə nazirliyin açıqlamasında bildirilir...

Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə icmal büdcəyə 7 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 074,4 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurum vergi daxilolmaları üzrə proqnoza 106,4% əməl edib, proqnoza nisbətən 337,5 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 5,7% və yaxud 302,8 milyon manat məbləğində artıq vəsait toplayıb. Vergi daxilolmalarının 70%-i qeyri-neft-qaz sektorunun, 30%-i neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7%-i, o cümlədən qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9%-i icra olunub.

Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5% azalsa da, bu azalma qeyri-neft-qaz sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% və yaxud 439 milyon manat artaraq 3 928,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1% icra olunub, proqnozdan əlavə 361,1 milyon manat vergi toplanıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1% artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92%-ə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7%, əmlak vergisi üzrə 41,9%, mənfəət vergisi üzrə 24,5%, ƏDV üzrə 20,2%, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4%-ə, mənfəət vergisi üzrə 26,1%-ə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır. Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5%), bank və sığorta sektorunda (30,6%), pərakəndə ticarət sektorunda (21,8%), xidmət sektorunda (17,6%), nəqliyyatda (14,2%), digər fəaliyyət sahələrində (21,8%) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20%-dən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30%-dən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2% artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2%-ə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13%, aktiv ƏDV ödəyicilərinin sayı 38,5%, aktiv obyektlərin sayı isə 12,6% artıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar