Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergilər Nazirliyi vətəndaşlara müraciət edib

Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bununla bağlı vətəndaşlara müraciət edib...

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyyələrini nəzərə alaraq Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bununla bağlı vətəndaşlara müraciət edib.

Müraciətdə vətəndaşlara hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərmək tövsiyə olunur.

“Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın. Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz. Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır: Müraciət edən şəxsin adı, soyadı, atasının adı; Müraciət edən şəxsin əlaqə məlumatları.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz. Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək. Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur.”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar