Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Vergilər Məcəlləsinə mühüm dəyişikliklər - Şərh

Vergi Məcəlləsinə bir sıra dəyişikliklər nəzərdə tutulur. Bununla bağlı layihə Milli Məclisə daxil olub.

Oxu.Az-ın məlumatına görə, sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, bir sıra malların (işlər, xidmətlər) ƏDV-dən müvəqqəti azad olunması müddəti uzadılır.

Sənəd “duz çörəyi” önə çıxarır

Qeyd edək ki, buğdanın idxalı, satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib.

Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ƏDV-dən müvafiq azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.

Habelə kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.

Bank sahəsinin inkişafı naminə

Onu da xatırladaq ki, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV azad edilib. Azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib.

Bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi prosesi hazırda davam etdiyindən azadolmanın daha 2 il müddətinə uzadılması məqbul hesab edilir.

Dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. Qeyd edilən azadolma müddətinin daha 1 il müddətinə artırılması təklif olunur.

Zərgərlik üçün münbit şərait

Zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı, emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi üçün tədbirlər də nəzərdə tutulur.

Buna görə, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı, emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif olunur.

Külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.

Layihədə qeyd edilir ki, sözügedən vergi güzəştləri Kələbəcər rayonun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhvə vermiş olacaq.

Tütünün aksiz dərəcələri qaldırılır

Tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz olub. Beləliklə, tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlib. Bununla da, aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş verib.

Bununla yanaşı, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 ədədədək azalıb.

Tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul sahibkarların cəmi vergi ödənişləri 2017-ci il üzrə 87 909 200 manat olubsa, bu rəqəm 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil edib. 2021-ci ilin sonuna cəmi vergi ödənişlərinin 520 milyon manat olması planlaşdırılır.

Eyni zamanda sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması üçün səhiyyə sahəsində bağlanmış sazişlərin müddəalarında və digər beynəlxalq təşkilatların tələblərində aksizlərin mərhələli şəkildə artırılması müəyyən edilib. Bu baxımdan tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Qeyd edilənləri nəzərə alaraq, aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

pia.az 


Etiket: Vergi


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

“Təcridxanadan çıxan Ziya Kazımovun ilk sualı bu oldu” - Vəkil

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə...

Ən çox oxunanalar