Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vergi orqanlarında işləmək istəyənlər diqqət : Tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə test imtahanı keçirəcək...

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il oktyabrın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.

İmtahan Bakı şəhərində 4 binada təşkil olunacaq və saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 131 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1369 namizəd qeydiyyatdan keçib.

İmtahan 3 sааt dаvаm еdəcək. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi Sevil Zülfüqarova: “AMEA-da cinayətləri aşkarladım, işdən qovdular”

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? – Foto

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Azərbaycan ordusu Laçına daxil olur - Döyüşlərdən şok video

loading...

Ən çox oxunanalar