Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi işçiləri təltif olunublar - Foto

Fəaliyyətinə görə xüsusi fərqlənən əməkdaşlar dövlət mükafatları ilə təltif edilib

Mayın 10-da Vergilər Nazilriyində vergi orqanlarında fəaliyyətinə görə xüsusi fərqlənən əməkdaşların dövlət mükafatları ilə təltif edilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov mükafatlandırma mərasiminin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etdiyini bildirib və müstəqil dövlətin qurulması tarixində ulu öndərin rolunu bir daha xatırladıb.

Vergilər naziri vurğulayıb ki, vergi xidməti işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup vergi xidməti əməkdaşının medallarla təltif edilməsi barədə cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür. Bu münasibətlə yüksək dövlət mükafatlarına layiq görülən əməkdaşları təbrik edən vergilər naziri, bu məsul və şərəfli işlərində onlara uğurlar arzulayıb.

Sonra Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölkədə biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsindəki səmərəli fəaliyyətinə və vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində təltif olunmuş Vergilər Nazirliyinin bir qrup əməkdaşına ali dövlət mükafatları – “Vətənə xidmətə görə” ordeni, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.

Vergilər nazirinin müavini İlkin Vəliyev “Tərəqqi” medalı ilə, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin baş direktoru Azər Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, əməkdaşlar Elçin Namazlı, Elnur Yusifov, Nicat Həsənov, Fərid Hacıyev “Dövlət qulluğunda fərqlənməyə görə”, Şöyüb Məmmədov, Azər Cəfərov, Asəf İmanov, Kamal İskəndərov “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Bundan başqa Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi departamentinin baş direktoru Məhəmməd Yunusov, əməkdaşlar Akif Osmanov, Rövşən Məmmədov “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə, Elşən Rəhimli, Maya Əliyarzadə, Fariz Yadigarov, Arzu Xəlilova “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Tədbirdə həmçinin, vergi orqanında xidmət etdiyi dövrdə qüsursuz fəaliyyətilə fərqləndiklərinə görə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təltif olunan bir qrup əməkdaşa Fəxri Fərmanlar təqdim ounub.(Oxu.az)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar