Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vərəm və İİV xəstələri cərimə ödəyəcək – Tacikistanda

Tacikistanın bir çox regionlarında bu, aylıq maaşın yarısına, bəzən ondan artığına bərabərdir

Tacikistan hakimiyyəti vərəm və İİV-in (insanda immun çatışmazlığı virusu) aktiv formasına yoluxan, ancaq müayinə və müalicədən imtina edən pasientlər üçün cəzaları sərtləşdirib. Bundan sonra onlar 1650 somonidən 2200 somoniyədək (175-230 dollar) cərimə ödəməli olacaq.

Tacikistanın bir çox regionlarında bu, aylıq maaşın yarısına, bəzən ondan artığına bərabərdir. Dəyişikliklər avqustun əvvəlindən qüvvədədir.

2016-cı ildən vərəm xəstələrini məcburi müalicə etməyə başlayıblar, ancaq xəstələrin çoxu həkimə getmir. Dövlət orqanları hesab edir ki, cərimələr müalicədən imtina edənlərin sayını azaldar, yoluxucu xəstləliklərin yayılmasını dayandırar. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar, deyirlər ki, cərimələr əsasən aztəminatlı xəstələrə təhdid yaradacaq, belələrinin durumu onsuz da pisdir.

Gənc qızların elçi qorxusu

Son illər Tacikistanda vərəm və İİV xəstələrinin sayı kəskin artıb. Hazırda ölkədə 7 mindən çox İİV və 10 minə yaxın vərəm xəstəsi var. Bir çox ekspertlər real rəqəmlərin daha artıq olduğunu bildirir. Əmək miqrantlarının sayı durumu daha da mürəkkəbləşdirir. Onların çoxu Rusiyada xəstələnir və Tacikistanda qeydiyyata durmur. Tacik qışlaqlarındakı sıxlıq isə vərəmin sürətlə yayılmasına səbəb olur.

“Tacikistanda vərəmlə mübarizədə əməkdaşlıq” layihəsinin koordinatoru Safar Naimov deyir ki, tacikistanlıların çoxu ayrıseçkiliyə məruz qalmaqdan qorxaraq vərəmə yoluxduqlarını gizlədirlər.

“Adətən xəstəliyini qızlar gizlədirlər: onlar tibb ocaqlarından yan keçir, xalq təbabətinə üz tuturlar. İnsanların münasibətindən çəkinir, onlara elçi gəlməyəcəyindən qorxurlar. Həkimlər danışırlar ki, bir dəfə bir gənc həyat yoldaşının vərəmə yoluxduğunu bilincə talağını verib”, – Naimov deyir.

Bir çox hallarda valideynlər də elçiləri qaçırtmamaq üçün qızlarının xəstəliyini gizlədir, həkimə müraciət etmirlər. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar