Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuelada bitmək bilməyən çevrilişlər: ABŞ Maduroya hücum etməyə davam edir...

Milyonlarla insanın həyatını təhdid edən qlobal koronavirus pandemiyasının ortasında ABŞ başqa bir dünya müharibəsini başlatmaq hesabına iqtisadi maraqlarını qoruyub saxlayır...

Hüsaməddin Aslan

“The Independent” qəzeti, 19 may 2020-ci il

ABŞ Maduronu devirmək üçün çevriliş hazırlamaqdan, Maduroya isə müqavimət göstərməkdən əl çəkmir. Əslində, Maduroya qarşı sonsuz iqtisadi, hərbi, parlament və məhkəmə çevrilişləri və sui-qəsdlər ABŞ üçün Venesueladakı geostrateji maraqların nə qədər vacib olduğunu ortaya qoyur.

Dünya koronavirus pandemiyası ilə üz-üzə ikən və ABŞ-da ölənlərin sayı 100 minə, yoluxanların sayı isə sürətlə 2 milyona çatarkən ABŞ öz imperialist iqtisadi və geostrateji maraqlarını hər şeydən üstün tutur.

Keçən həftə amerikalılardan və venesuelalılardan ibarət bir qrup əsgər Venesuela prezidenti Maduronu qaçırmaq və prezident sarayını işğal edərək hökumət əleyhinə ordunumsa ayaqlandıraraq, Quaidonu hakimiyyətə gətirmək cəhdinə baş vurub. Plan sadə, amma təhlükəli idi. 300-ə yaxın könüllü əsgər Şimali Venesueladan gizlincə daxil olacaq, eyni vaxtda hərbi bazalara basqın edəcək və prezident Nikolas Maduronun həbsi ilə nəticələnən bir iğtişaş törədəcəkdilər.

Maduronun qaçırılması planı iki mərhələdən ibarət olub. Birincisində bazar günü La Quaira əyalətinin Maputo şəhərinə (paytaxt Karakasdan yarım saatlıq məsafədə) girməyə cəhd edən muzdlu əsgərlərdən 8 nəfər öldürülüb. Öldürülənlər arasında “Panther” adı ilə tanınan keçmiş venesuelalı komandir də olub.

İkinci əsgər əməliyyatı isə bazar ertəsi günü başlayıb. Bu, Araua əyalətinin Çuao yarımadasında, Karakasın qərbindəki Karib sahillərində baş verib. Balıqçılar tərəfindən təsbit edilən iğtişaşçı əsgərlər Venesuela ordusu tərəfindən saxlqnılıblar.

Çevriliş cəhdinin mərkəzində isə ABŞ-ın İraq və Əfqanıstanda xüsusi təyinatlı dəstələrində xidmət edən və Florida ştatında xüsusi təhlükəsizlik və hərbi məsləhət üzrə şirkəti olan Cordan Qudro var.

Venesuela ordusu tərəfindən tutulan iki keçmiş Amerika əsgəri Qudronun “Silver Corp. USA” şirkəti üçün işləyirmiş. Bu iki əsgər Luk Denmen (34 yaş) və Eyren Berri (41 yaş) həbs olunub.

Çevrilişin siyasi və iqtisadi qolu isə ABŞ və Qərb ölkələri tərəfindən “Müvəqqəti Prezident” olaraq tanınan Xuan Quaido var.

Venesuelanın Baş Prokuroru Tarek Uilliam Saab Quaidonu bu plana qoşulmaqda ittiham edib. Baş prokuror Saab bildirir ki, ABŞ tərəfindən sərvəti müsadirə edilmiş “PDVSA” dövlət neft şirkətinin vəsaitlərindən istifadə edərək muzdlularla 213 milyon dollarlıq bir müqavilə imzalayıb.

Lakin Qudro Quaidonun vəd edilən ödənişləri ödəmədiyini iddia edib. Quaido Venesuelanın neft qaynaqları ilə Qudroya ödəniş edəcəyinə sadəcə söz verib.

Lakin aydındır ki, Venesuelanın ABŞ tərəfdarı olan müxalifəti onu muzdlu bir ordu qurmağa və Venesuela sahillərinə yerləşdirməyə təşviq edib.

Veneuzela prezidenti Maduro da onu qaçırmaq istəyən əsgərlərə “özlərini Rembo kimi aparırlar”, deyərək lağ edib.

Venesueladakı çevriliş və çevriliş cəhdi ilə əlaqədar sual verdikdə isə ABŞ prezidenti Donald Tramp bu barədə heç nə bilmədiyini və öz hökumətinin bununla heç bir əlaqəsi olmadığını söyləyib.

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo isə, “ABŞ hökumətinin bu əməliyyatda birbaşa iştirakı olmayıb. Bilmədiyimiz şeylər haqqında məlumat verməyə hazır deyilik”, deyib.

Amerikalı muzdlulara gəldikdə isə Pompeo Vaşinqtonun onları xilas etmək üçün bütün vasitələrdən istifadə edəcəyini açıqlayıb. Bununla birlikdə, çevriliş cəhdində iştirak edən və korrupsiyaya görə həbs edilmiş, venesuelanın keçmiş Müdafiə nazirinin oğlu Xosnars Adolfo Baduel hər iki amerikalının prezident Tramp üçün işlədiyini deyib.

Trampın “Donuzlar körfəzi” əməliyyatı

Venesuela rəsmiləri mətbuata həbs edilmiş Amerika əsgərlərinin pasportlarını, silahlarını və hərbi vəsiqələrini göstəriblər.

Həmçinin, vəzifələrinin Maduronu ABŞ-a aparmaq və Karakas hava limanının nəzarətini ələ keçirmək olduğunu deyən Denmanın dindirildiyi videoları da yayımlayıblar.

Əməliyyatı kimin həyata keçirdiyini soruşduqda isə, Denman bunun prezident Donald Trampın işi olduğunu söyləyib.

Bir çox Latın Amerikalı mütəxəssis və strateq bu uğursuz çevriliş və işğal cəhdini ABŞ-ın 1961-ci ildəki Kuba Donuzlar Körfəzi fiaskosu kimi təsvir edib.

(ABŞ MKİ-nin dəstəyi ilə Fidel Kastronu devirmək üçün sürgündəki kubalı əsgərlərlə 1961-ci ildə 4 gün Kuba sahillərini tutmasına baxmayaraq, uğursuz olmuşdu. Prezident köməkçisi Niksonun həyata keçirdiyi bu plandan prezident Ayzenhoverin də xəbəri vardı. Xüsusilə də “Shell” və “Fruit Company”nin kommersiya maraqlarına xidmət edən bir plan idi)

Həm Donuzlar Körfəzi, həm də digər ölkələrdə baş verən uğursuz çevriliş cəhdləri (Vyetnam və Nikaraqua) daha əvvəl Vaşinqtonda böyük siyasi böhranlara səbəb olmuşdu.

Lakin Venesueladakı sonuncu çevriliş və işğal cəhdi Amerika mediası tərəfindən demək olar, gözardı edilib. Hətta Demokrat Partiyasından prezident namizədi olan Bayden və Sanders də bu uğursuz əməliyyatı heç tənqid etməyib.

ABŞ-ın enerji oliqarxlarının maraqlarına xidmət edən bu əməliyyat Çin və Rusiyanın Venesueladakı artan təsirini aradan qaldırmaq məqsədi daşıyırdı. Tramp “Fox News”a verdiyi bir müsahibədə “Venesuelaya girmək istəsəm, bu məsələdə heç sirr saxlamazdım”, deyib və əlavə edib:

“Ölkəyə daxil olardım və buna qarşı heç nə edə bilməzdilər. Devrilərdilər. Heç də kçik bir qrup göndərməzdim”.

Bununla birlikdə, təhlükəsizlik şirkətinin sahibi Qudronun Trampın keçmiş cangüdəni Keyt Şillerlə görüşdüyünü və vitse-prezident Mayk Pensin ofisi ilə əlaqə qurduğunu açıqlayıb. Lakin Pensin sözçüsü vitse-prezidentin ofisi ilə Qudro arasında heç bir əlaqə” olmadığını bildirib.

Çevrilişin sosial ayağı yaradıldı

Tramp administrasiyası işğal cəhdinin son həftəsinə qədər Maduroya qarşı “maksimum təzyiq” kampaniyası keçirib.

ABŞ-ın federal prokurorları Maduronu narkotik satıcısı adlandıraraq, Venesuela prezidentinin tutulması üçün 15 milyon dollar mükafat təyin ediblər. ABŞ Karib dənizindəki narkotik daşınmasını bəhanə edərək döyüş gəmilərini və təyyarələrini Venesuela sahillərinə göndərib və regionu mühasirəyə alıb.

Tramp hər nə qədər işğaldan uzaq qalmağa çalışsa da əvvəlki hadisələr və təhlükəsizlik şirkəti sahibinin “Washington Post”a və “Associated Press”ə verdiyi açıqlamalar Trampın bu vəziyyətdən heç də xəbərsiz olmadığını göstərir.

İşğal əməliyyatından bir müddət əvvəl Tramp enerji şirkəti olan “Chevron” Korporasiyasının Venesueladakı fəaliyyətlərini dayandırmasını əmr edib. Halbuki “Chevron” Venesuelanın neft sahələrinə və maşınlarına 2.6 milyard dollar sərmayə qoyan ABŞ-ın sonuncu neft şirkəti idi.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi “Chevron” Korporasiyasına, habelə ABŞ-ın neft şirkətləri olan “Halliburton”, “Schlumberger”, “Baker Hughes” və “Weatherford İnternational”a Venesueladakı fəaliyyətlərini davam etdirmək üçün xüsusi lisenziyalar vermişdi.

Hətta koronavirus yayılana qədər Amerika şirkətlərinin Venesuelaya qayıtması nəticəsində Venesuela rahat bir nəfəs almış və ABŞ-la danışıqlar aparmışdı. Bundan əlavə, Venesuelanın Quanare şəhərindəki Kepella (Lanos) həbsxanasında üsyan baş qaldırıb və nəticədə, 47 nəfər ölüb, 75 nəfər yaralanıb. Baş verən hadisələrdə həbsxana direktoru da bıçaqlanıb.

Beləliklə, dövlət hakimiyyəti sual altında qalmağa başlayıb. Buna görə də paytaxt Karakasdakı cinayətkar dəstələr və mafiyalar arasında şiddətli qarşıdurmaların baş verməsi, benzin qıtlığının başlanması, Venesuelada koronavirusun yayılması nəticəsində tibbi avadanlıqların və tibb işçilərinin çatışmaması Maduro administrasiyasını ABŞ-ın zərbələrindən daha pis vəziyyətə gətirib. Çünki Boliviya sosialist inqilabının zəifliyi ortaya çıxdıqca yoluxmanın mərkəzində qalan və Maduronun dəstəkçisi olan aşağı-orta təbəqə də Boliviya inqilabını daha çox tənqid etməyə başlayıb.

ABŞ təzyiqi artırdıqca Kaliforniyada yerləşən neft nəhənginin də ixracatı dayandırılıb. Buna görə də, bu proseslər prezident Nikolas Maduro üzərində bir təzyiq yaradıb və onu dəstəkləyən Venesuela silahlı qüvvələrində ən azı müxalifət əsgərlərinin ortaya çıxacağı gözlənilirdi.

“Kasıb çevriliş”: Quiadonun məsləhətçisi çevrilişi auksiona çıxarıb və 500 milyon dollardan 213 milyon dollara alıcı tapıb

Təhlükəsizlik şirkəti “Silvercorp.”un qurucusu Cordan Qudro yayımladığı bir videoda: “Kolumbiya sərhəddindən Karakasın qəlbinə cəsarətli bir amfibiya zərbəsi başlanıb”, deyib. Videonun yayımlanarkən Venesuela ordusu tərəfindən 8 çevrilişçi muzdlu əsgər öldürmüşdü.

Bazar ertəsi günü isə ikinci hərbi qrupu daşıyan gəmi ələ keçirildi. Bu, həm də Venesuela kəşfiyyatının təxribatçıların arasına nüfuz etdiyini də göstərirdi.


Mayamidə yaşayan Qudro bu uğursuz əməliyyatın məsuliyyətini öz üzərinə götürüb. O, “Bloomberg”ə verdiyi açıqlamada: “Əsas vəzifə Venesuelanı xilas etmək və Maduronu tutmaq idi, amma Karakasdakı missiya uğursuz oldu”, deyib.

“Silvercorp.”un 2018-ci ildə qurulan vebsaytında 50-dən çox ölkədəki hökumət və şirkətlərə böhran planlaması və risklərin idarə edilməsi kimi xidmətlər təqdim etdiyini açıqlayıb. Şirkət, həmçinin ABŞ prezidenti Donald Trampın mitinqlərində təhlükəsizliyi təmin edir.

Quaidonun başçılıq etdiyi Venesuela müxalifəti “Silvercorp.” ilə heç bir əlaqəsi olmadığını iddia edir. Quaidonun ABŞ-dakı nümayəndəsi J.J. Rendon isə “Washington Post” qəzetinə 2019-cu ilin oktyabr ayında Venesuela müxalifətinin “Silvercorp.” ilə 213 milyon dollarlıq müqavilə bağladığını açıqlamağa məcbur qalıb. Bununla yanaşı, Quaidonun nümayəndəsi olan Rendon yalnız Qudro ilə deyil, 500 milyon dollar istəyən bir neçə özəl təhlükəsizlik şirkətləri və mütəxəssisləri ilə də görüşübmüş. Ancaq Qudronun bu az büdcəli təklifi müqavilənin imzalanmasına səbəb olmuşdu.

Qudro Quaido tərəfindən işə götürüldüyünü və “bir qəpik belə” ala bilmədiyini açıqlayıb. Lakin Quaidonun məsləhətçisi J.J. Rendon bəzi xərclərini ödəməsi üçün Qudroya 50.000 dollar verdiyini söyləyib.

Qudro reportajlarında əməliyyatın təşkilatçısı olduğunu təsdiqləyib və tutulan iki əsgər - Denman və Berri üçün “mənim adamlarımdır”, deyib. (Reuters)

Quaidonun siyasi strateqi J.J. Rendon Qudronun Venesuelaya girmək və Maduronu qaçırmaq üçün 800 adamı olduğunu iddia edib. Lakin müqaviləni imzaladıqdan qısa müddət sonra Qudronun qəribə davrandığını, əməliyyat üçün konkret bir şey ortaya qoya bilmədiyini və təcili olaraq 1.5 milyon dollarlıq ödəniş tələb etdiyini deyib. Beləliklə, Rendonun 800 adam olması ilə bağlı şübhəsi də artıb və “xərclər” üçün Qudroya 50 min dollar ödəyib.

(Əslində 800 əsgərlə başlayan ilk görüşün 300 əsgərlə olması planlaşdırılıb. Ancaq əməliyyatda 60 əsgər iştirak edib. Bu 60 adamdan 2-si amerikalı və sürgündə olmuş venesuelalı əsgərlər olub.)

Qaçırma Planı: Bu “zəif Rembolar” necə uğursuz oldular?

“Macuto basqını” olaraq bilinən bu çevriliş cəhdi işğalı planlayanlar tərəfindən “Gideon Əməliyyatı” adlandırılıb.

Qaçırma planı sadə görünsə də, təhlükəli idi. 300-ə yaxın silahlı əsgər Venesuelanın şimalından ölkəyə girəcək, bu zaman hərbi bazalara basqın ediləcək və prezident Nicolas Maduronun qaçırılması nəticələnən bir iğtişaş törədəcəkdilər. Simon Bolivar hava limanını ələ keçirib Maduro və yüksək vəzifəli şəxsləri oğurlayacaqdılar.

İşğal planının mərkəzində 2 aktyor var: biri 3 ulduzlu medalçı, təhlükəsizlik şirkətinin sahibi, İraqda və Əfqanıstanda xidmət etmiş, Cordan Qudro, digəri isə keçmiş venesuelalı general və hazırda ABŞ-da narkotik ittihamı ilə həbsdə olan general Klayver Alkala.

Çevriliş planı generel Alkala və Qudro arasında hazırlanıb. Alkala ərazini bildiyi və hələ də vəzifədə olan fəal vəzifəli zabitlərə təsir edə biləcəyi üçün, həmçinin Kolumbiyadakı sürgündə olan venesuelalı əsgərlərə nüfuz etdiyindən plana daxil edilib.

Plan Venesuelaya qarşı hər cür siyasi və hərbi intriqaların həyata keçirildiyi Kolumbiyanın Boqota şəhərində yerləşən “Marriott” hotelində baş tutub.

AP-yə görə, Qudro əsgərləri yetişdirmək və silahlandırmaq üçün 1,5 milyon dollarlıq bir büdcə nəzərdə tuturdu, lakin ödənişlərdə problemlər yaranıb.

2019-cu ilin noyabr ayında hazırlanan işğal planı aprel və may aylarına qədər təxirə salınıb. Planın konturu qorunub saxlanılsa da, işğal planında bəzi dəyişikliklər edilib. Noyabr ayında həyata keçiriləcək plan 300 əsgərdən və 2 qrupdan ibarət idi. Birinci qrup Venesuelanın önəmli bir limanı və ikinci böyük şəhəri olan Marakaibonu ələ keçirəcəkdi. İkinci komanda isə eyni vaxtda Venesuelanın hərbi geyimində olan amerikalı pilotların idarə etdiyi ABŞ vertolyotları ilə Maduronun iqamətgahına hava zərbəsi endirmək üçün paytaxt Karakasa eniş edəcəkdi.

Əslində, uğursuz olan işğal planı da belə idi.

Marakaibo və Karakasa enən Amerika vertolyotları Maduronu ABŞ-a aparacaq və orada narkotik ticarəti etməkdə ittiham ediləcəkdi. Daha sonra ABŞ-ın dəstəklədiyi Venesuela müxalifət lideri Xuan Quaido hakimiyyəti ələ keçirəcəkdi.

Kolumbiyaya qaçan yüzlərlə Venesuela əsgəri birda təlim almış və əməliyyat üçün hazırlanmışdı. Tutulan Amerika əsgərlərindən olan Denman missiyasının Maduronu ələ keçirmək olduğunu və Kolumbiyadakı əsgərlərə 50-100 min arası bir ödəniş qarşılığında təlim keçdiyini təsdiqləyib.

“Associated Press” (AP) Kolumbiyaya qaçan keçmiş venesuelalı əsgərlərin normal qidalanmadığını və sağlam olmadığını vurğulayıb. Ancaq AP Qudro ilə Alkala arasındakı əlaqəni 1 sentyabr işğal cəhdindən əvvəl elan edib. Orijinal planın çoxunu və Qudronun necə daxil edildiyini, həmçinin aylarla davam edən təlimlərə və planlara baxmayaraq, əməliyyatın başlamadığını ətraflı izah edib.

Agentliyin məlumatına görə, birincisi müxaliflərdən biri martın əvvəlində Venesuelaya girdikdən sonra həbs olunub. İkincisi, həmin ay ABŞ Alkalanı narkomaniyaya görə ittiham edib və beləliklə, etibarını itirib. Üçüncüsü, Kolumbiya rəsmiləri bu missiya üçün bir silah tədarükünü də ələ keçiriblər.

Nəhayət, Qudro müqaviləni imzaladığı gündən bəri söylədiyi silah və texnika təchizatını təmin edə bilməyib. Nəticədə plan uğursuz olub və Venesuela kəşfiyyatının ən yaxın monitorinqi sayəsində Maduroya qarşı çevrilişin qarşısını alınıb

Buna görə, təxribatçılar öz aralarında ixtilafda olduqları üçün planın bir qismi sızdırılmışdı.

Maduro, hətta əməliyyatla bağlı hər şeyi bildiyini iddia edib:

“Hər şeyi bilirdik. Nə barədə danışdıqlarını, nə yeyib-içdiklərini, onları kimin maliyyələşdirdiyini, ABŞ hökumətinin (ABŞ Narkotiklərlə Mübarizə İdarəsi - DEA) əməliyyatını...”

DEA sözçüsü DEA-nın bu hadisələrdə iştirak etmədiyini deyib, lakin Maduro belə düşünmürdü. Əslində, Maduronun yaxın müttəfiqi Diosdado da Kabelloda “biz hər şeyi bilirdik” deyib.

Kabello: “Bəzi görüşləri sızdırmaq üçün ödəniş etməli olduq”.

Maduronun devrilməsi üçün əməliyyatda iştirak digər əsgərlərin Venesuela ərazisinə girdiyi düşünülür. Hətta sağ qalanlardan bəziləri yaxınlıqdakı Hollandiya adasına qaçmağa çalışarkən, Venesuela ordusu sahil boyunca fərqli bölgələrdə axtarışlarını davam etdirir.

Qudro isə Venesuela müxalifətinin və Quaidonun ona xəyanət etdiyini deyib.

Nəticədə, milyonlarla insanın həyatını təhdid edən qlobal koronavirus pandemiyasının ortasında ABŞ başqa bir dünya müharibəsini başlatmaq hesabına iqtisadi maraqlarını qoruyub saxlayır.

Maduro özü üçün bir təbliğat axtarsaydı, bundan daha yaxşı bir ssenari yaza bilməzdi. Maduro üçün yaxşı olan vəziyyət müxalifət əsgərləri, sağçı partiyalar və müxalifət lideri Xuan Quaido üçün pis olacağından, ABŞ Venesuela müxalifətində Quaido kimi daim uğursuz olan birinin əvəzinə, yeni bir fiqur axtaracaq.

2019-cu ildə hərbi çevriliş etməyə çalışan Quaido hələ də həbsdə deyilsə, bunun səbəbi Maduronun və “Bolivar Sosialist” rejiminin onu ABŞ imperializmi və yerli oliqarxiya ilə arasındakı bir vasitəsi olaraq görməsi və faydalı hesab etməsidir. Buna görə, Maduro üçün Quaidonun həbs olunmaması daha yaxşıdır.

Quaido kicik uğurlu işlər görüb, lakin davamlılığı yoxdur. Yəni bir səs-küy yaradıb, amma iş görə bilməyib.

Bu yeni uğursuzluqlar Maduronu daha da gücləndirib, müxalifəti zəiflədib və bölgədə Quaidonu dəstəkləyən ölkələr arasında şübhə yaradıb.

Son təhlildə, ABŞ-ın bir çevriliş cəhdi də dəf edilib. Maduronun xanasına bir müsbət xal daha yazılıb. Ancaq davamlı uğursuzluqlara baxmayaraq, təxribatçıların və müxalifətin əsas güc aldığı nöqtə Maduronun xalq qarşısında bezginlik gətirən iqtisadi və sosial problemləridir.

Təbii ki, bu vəziyyətdə ABŞ-ın yaratdığı iqtisadi embarqonun böyük payı var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar