Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela inqilabı – Bu ölkədə Suriya ssenarisi təkrarlana bilər?

Politoloq: “ABŞ Rusiyanın dəstək verdiyi rejimləri devirməklə, bir növ Rusiyanın beynəlxalq siyasətdə rolunu zəiflədir”

“Hesab edirəm ki, Maduro legitimliyini itirib. Xalq və beynəlxalq birlik müxalifətdə olan parlamentin spikerini prezident kimi qəbul edir”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Venesuelada baş verən qiyamı və bu qiyamın nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Venesuelanın paytaxtı Karakasda hökumətə qarşı etiraz aksiyası keçirilir. Aksiya zamanı etirazçılarla hərbçilər arasında toqquşma yaşanır. Son məlumatlara görə etirazçılar arasında ölənlərin sayı 26-ya çıxıb. Qeyd edək ki, yanvarın 10-da Venesela prezidenri Nikolas Maduro ikinci dəfə prezident səlahiyyətlərinə başlamaq üçün and içib. Ötən ilin may ayında keçirilən prezident seçkilərini müxalifət boykot edib. Qərb dövlətləri, başda ABŞ olmaqla seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Bu həftəniin əvvəlində isə Venesulanın bütün əyalətlərində kütləvi etirazlar başlayıb. Xalq prezident Nikolas Maduronun istefasını tələb edir. Bolivar ştatının San-Feliks şəhərindəki etirazçılar isə eks-prezident Uqo Çavesin heykəlini yandırdılar.

İki gün əvvəl isə paytaxt Karakasda keçirilən kütləvi mitinqdə Venesuela Milli Assambleyasının spikeri Xuan Quaido müvəqqəti olaraq prezident səlahiyyətlərinin icrasını öz üzərinə götürüb.

Xuan Quaido meydanda prezident səlahiyyətlərini öz üzərinə götürə bilmək üçün xalq qarşısında and içib və bu and işmədən sonra ABŞ başda olmaqla Qərb dövlətləri, o cümlədən Meksika və Kuba istisna omaqla Latın Amerikası ölkələrinin əksəriyyəti Xuan Quaidonu legitim prezident olaraq tanıdıqlarını bəyan ediblər. Hazırda müxalifət lideri Xuan Quaidonu ölkənin qanuni lideri kimi 14 ölkə tanıyıb. Kanada, Fransa, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Avropa Birliyi ABŞ ilə yanaşı Maduronun devrilməsinə "yaşıl işıq" yandırıb.

Dünən Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Maduronu qanuni prezident olaraq tanıdığını bildirərək müxalifəti ölkədə dövlət çevrilişi etməkdə günahlandırıb. Lakin bəzi məlumatlara ordunun orta ranqlı zabitləri Maduronu nüdafiə etmirlər. Qejd edək ki, etrazçıların əsas tələblərindən biri də müdafiə naziri Vladimir Padrino Lopezin istefa verməsidir.

Rusiya, Min və Türkiyə isə Maduronu dəstəklədiklərini bəyan ediblər. Bu ölkələr ABŞ-ı Venesuelada inqilab etməkdə suşlayıblar.

Qeyd edək ki, Rusiya və Çin Maduronun əsas müdafiəçiləri hesab olunurlar. Həmçinin bir neçə ildir ki, Rusiya və Çin Venesuela iqtisadiyyatını dirçəltmək üçün bu ölkəyə maliyyə yatırımları ediblər. Hazırda Çinin Venesulaya 60 milyard dllar, Rusiyanın isə 17 milyard dollar sərmayə qoyduğu bildirilir. Maduro hakimiyyətinin devriləcəyi təqdirdə Çinin və Rusiyanın Maduroya verdikləri kreditlərin geri qaytarılmayacağı ehtimal olunur.

Qeyd edək ki, Venesuela özünün neft və qaz ehtiyyatına görə dünyanın üçüncü ölkəsi hesab olunur. Eyni zamanda bu ölkə digər təbii sərvətlərlə də zəngindir. Ötən əsrin sonlarında Venesuela dünyanın inkişaf edən ölkələrindən biri hesab olunurdu. Lakin 2000-ci illərin əvvəlində eks-prezident Uqo Çavesin Venesuelada sosializm qurmağa cəhd eləməsi və onun varisi olan Nikolas Maduronun bu siyasəti davam etdirməsi Venesuela iqtisadiyyatını iflas etdirib. İndi Venesuela dünyanın ən kasıb ölkəsi hesb olunur. ABŞ-ın və digər Latın Amerikası dövlətlərinin Venesuelaya tətbiq etdikləri sanksiyalar isə Venesuela iqtisadiyyatını tamamilə dibə oturdub.

Hazırda prezident Maduro ölkədə baş verən inqilaba görə ABŞ-ı günahlandırır. ABŞprezidenti Donald Tramp isə öz növbəsində Maduronun hakimiyyətini tanımaqdan imtina edir. Hazırda Venesuelada hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini təxçim etmək çətin olsa da, Maduro hakimiyyətdə qalacağı halda ölkədə vətəndaş müharibəsinin başlanacağı istisna olunmur.

Venesuelada baş verən proseslərə ABŞ-ın hərbi müdaxiləsi mümkündürmü? Həmçinin Rusiya və Çinin dəstəklədiyi Madura dinc yolla hakimiyyətdən getməkdən imtina edərsə, Venesuelada Suriyada olduğu kimi vətəndaş müharibəsi ola bilərmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Məhəmməd Əsədullazadə: “Rusiya və Çinin sərt siyasətinə baxmayaraq ABŞ bu ölkəyə ordu yeridə bilər”.

Venesuelada Suriya ssenarisinin yaşanmayacağını vurğulayan politoloq əlavə edib ki, Rusiya kifayət qədər Ukrayna və Suriyada ciddi hərbi əməliyyatlarla üzləşib, bunun müqabilində Venesuelada hərbi müdaxildə iştirakı mümkünsüzdür:

“Venesuela sosialist quruluşlu ölkədir. Buna baxmayaraq burada sosial ədələt prinsipi yoxdur. Bundan əlavə, ölkənin demək olar ki, 90% gəlir mənbəyi neft ixracından aslıdır. Neft qiymətlərinin kəskin ucuzlaşması fonunda ölkədə sosial vəziyyət durmadan ağırlaşdı. İnfilayasiya iki rəqəmli olaraq defolt vəziyyət yaratdı.

Uqo Çavesdən sonra hakimiyyətə gələn Maduro ölkənin inkişafına töhfə vermədi. Sosial islahatlar sahəsində xalqın mənafeyini nəzərə almadı. Bundan əlavə, Maduronun beynəlxalq konyukturanı gərginləşdirən siyasəti, ABŞ-la ziddiyyətli siyasəti, Rusiya ilə strateji yaxınlaşması, Vaşinqtonun bu ölkəyə sanksiyalar tətbiq etməsinə gətirib çıxardı. Ölkədə demək olar ki, sosial vəziyyət o qədər ağırdır ki, 3 milyon insan ölkəni tərk edib.

Məhəmməd Əsədullazadə: “Venesueladan sonra növbə Kubanın ola bilər”.

Hesab edirəm ki, Maduro legitimliyini itirib. Xalq və beynəlxalq birlik müxalifətdə olan parlamentin spikerini prezident kimi qəbul edir. Rusiya və Çinin sərt siyasətinə baxmayaraq ABŞ bu ölkəyə ordu yeridə bilər. Heç də burada Suriya ssenarisi yaşana bilməz. Rusiya kifayət qədər Ukrayna və Suriyada ciddi hərbi əməliyyatlarla üzləşib, bunun müqabilində Venesuelada hərbi müdaxildə iştirakı mümkünsüzdür. Həm məsafəçox uzaqdır, həm də də xalq dinc şəkildə etiraz edir. Digər tərəfdən nə ABŞ, nə də Latın Amerikası ölkələri Rusiyanın Venesuelada hərbi varlığına dözə bilməzlər və mən inanmıram ki, Kreml belə bir avantüraya gedə bilər.

Hesab edirəm ki, ABŞ Rusiyanın dəstək verdiyi rejimləri devirməklə, bir növ Rusiyanın beynəlxalq siyasətdə rolunu zəiflədir. Venesueladan sonra növbə Kubanın ola bilər.

Qeyd edim ki, Venesuelada inqilab yaşanır. Amma bu dinc inqilab geniş silahlı toqquşmaya səbəb olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar