Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Venesuela hökuməti müxalifətlə razılığa gəlib – Açıqlama

Venesuela hökuməti və müxalifət Barbodas danışıqlarında sülh haqqında daimi dialoqu dəstəkləmək barədə razılığa gəlib

Bu barədə Venesuelanın Miranda ştatının qubernatoru Ektor Rodriqes bildirib.

“Biz sülh naminə daimi dialoq qurmaq üçün razılığa gəldik və ölkədə sülhün təmin edilməsi üçün birgə işləməklə bağlı hazır olduğunuzu bildirdik”, – deyə Rodriqes dövlət televiziyasındakı çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, prezident Nikolas Maduro danışıqlar prosesinin təfərrüatları barədə açıqlama verməkdən boyun qaçırıb.

“Bizim müzakirə olunan konkret mövzularla bağlı müxalifətlə və vasitiəçi Norveç hökuməti ilə razılığımız var. Ümumilikdə altı belə mövzu mövcuddur”, – Maduro belə deyib.

Qeyd edək ki, Barbados danışıqları iyulun 8-də başlayıb. Buna qədər N.Maduro görüşün nəticələrinə dair öz nikbinliyini dilə gətirmişdi/APA.

pia.az

Etiket:

loading...