Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vəliyevin şirkəti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42 833 dollar alacaq

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var...

“Azneftemaş” ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib.

Musavat.com xəbər verir ki, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb.

Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməməsi olub.


Şahmar Vəliyev 

Məhkəmə ərəfəsində cavabdeh “Aktauskiy Maşınqayırma Zavodu” məhkəməyə müraciət edərək sülh razılaşmasının təsdiq edilməsini istəyib.

Zavod ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edib. Bildirilib ki, tərəflər arasında sülh razılaşması əldə edilib.

Barışıq sazişi təsdiq edilib və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilib.

Razılaşmaya əsasən zavod hər ay Şahmar Vəliyevə 42.833 dollar ödəyəcək.

Qeyd edək ki, “Azneftemaş” ASC Vəliyevlırin nəzarətində olan şirkətlərdən sadəcə biridir.

Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı “Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri də Şahmar Vəliyev və oğlu Ruslana məxsusdur.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır.


Ruslan Vəliyev 

Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir. Vəliyevlərə məxsus daha bir neçə şirkət var.


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı?

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

"Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir" - Natiq Cəfərli

Lukaşenko ilə rəqs edən 23 yaşlı deputat: “Bir-birinizin gözünə baxın”

loading...

Ən çox oxunanalar