Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillər Kollegiyası və prokurorluq ilk dəfə anlaşma memorandumu imzaladılar - Foto

Vəkillər Kollegiyası və prokurorluq anlaşma memorandumu imzalayıblar

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-ci il tarixli Prezident Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrası ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə böyük töhfə verib. Sözügedən məqsədə nail olunması üçün vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, mövcud sahədə hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi, peşəkar kadr potensialı ilə seçilən respublika hüquq mühafizə orqanlarının, habelə insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatların qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində birgə fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Müasir dövrün çağırışlarına uyğun hüquqi islahatların davam etdirilməsi nəticə etibarı ilə hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsi, əhalinin dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına etimadının yüksəldilməsi, vətəndaşların dönmədən qanuna riayət etmə ruhunda tərbiyə edilməsinə hesablanıb.

PİA.az Vəkillər Kollegiyasının saytına istinadən bildirir ki, qeyd edilən zərurətdən irəli gələrək, Kollegiyanın digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində cari ilin iyun ayının 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qurumlar arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunaraq, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə-hüquq sisteminin formalaşdırılması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsinə istiqamətlənən islahatların ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəkləndiyini bildirib, qeyd olunan sahədə dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının bir-biri ilə, insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişlənməkdə olduğunu qeyd edib. K.Əliyev həmçinin prokurorluq əməkdaşlarının Vəkillər Kollegiyasının üzvləri ilə münasibətlərinə toxunaraq mövcud sahədə qeyri-prosessual münasibətlərin yolverilməzliyini bildirib. Baş prokurorun müavini Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirəsalınmadan prokurorluq orqanlarına verməsinə dair razılığın memoranduma daxil edilməsini cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını qeyd edib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirib ki, Azərbaycanda vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərədəcə artıb, hazırda BakıAzərbaycanın regionlarında 1500 nəfərdən çox vəkil xidməti fəaliyyət göstərir. Vəkillər Kollegiyasının öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Vəkillər Kollegiyasının sədri dövlətin vəkilliyin inkişafına böyük diqqət ayırdığını bildirib. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli sərəncamında Vəkillər Kollegiyasına fəaliyyətində şəffaflığın artırılması tövsiyə edilib. Eyni zamanda Anar Bağırov, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 03.04.2019-cu il tarixli fərmanında Vəkillər Kollegiyasına verilmiş tövsiyələr çərçivəsində bu Memorandumun imzalanmasının, hər iki qurum arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, əməkdaşlıq münasibətlərinin qurulmasının başlıca qayəsini vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi təşkil edir ki, Memorandumun imzalanması son nəticədə məhz bu məqsədə xidmət edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar