Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vəkil: “Ərəblər 2500-3000 ABŞ dollarını kimələrə verib?..”

“Ovçuluq üçün ilk növbədə mülki silahların saxlanılması lisenziyası tələb olunur”.

Qaynarinfo xəbər verir ki, bunu hüquq müdafiəçisi Aqil Layıc ərəblərin Azərbaycanda nadir quş növlərini ovlamasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, lisenziya müəyyən araşdırmadan – arayışlardan sonra daxili işlər orqanları tərəfindən verilir:

“Bundan sonra mülki silahları saxlamağa və güllə daşımağa icazəsi olan bütün şəxslər imtahan verib ovçuluq bileti almalıdır. Bu da kifayət deyil. Ov üçün lisenziya alınmalıdır. Lisenziya üçün 550 manat ödənilməlidir. Lisenziyalar isə vahid dövlət portalına yerləşdirilməlidir”.

Vəkil bildirib ki, aidiyyatı qurumlar hansı icazələr əsasında ov üçün icazə verildiyini əsaslandırmalıdır:

“Nəyə görə qanunda qeyd edilən normaların əksinə olaraq ərəblərə kütləvi şəkildə faunamızın dağıdılmasına imkan verilib? 2500-3000 ABŞ dolları kimələrə verilib və niyə?

Ovçuluğu qadağan edilənlər daxili işlər orqanlarından xüsusi icazəsi olmayan şəxslərdir. Hər növ heyvanların (qabandan başqa) 3 adamdan çox dəstə şəklində qıy və yürüşlə ovlamaq qadağandır”.

Qeyd edək ki, sosial mediada ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar