Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkil: “Əks halda, Mehdiyevin, Həsənovun qurduqları cinayətkar, əxlaqsız iş prinsipi davam edəcək”

“Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) ləğv edilib, əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı. Əlbəttə, KİVDF kimi mafioz bir strukturun ləğvi alqışlanmalıdır. Ancaq bu günün özündə də bu sahədə baş verənlər “Həsən keçəl, yaxud keçəl Həsən” məsələsidir. Ad dəyişməklə heç nə dəyişmir. Mahiyyət, iş üslubu, yanaşma dəyişməlidir”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bu gün isə həmin strukturda demək olar ki, tam tərkibdə yenə eyni insanlar çalışırlar. Rəhbər vəzifələrdə nəinki dövlət əmlakını mənimsəmişlər, hətta əxlaqdan, mədəniyyətdən bixəbər olan şəxslər də var və şəxsən özüm bu barədə dəfələrlə demişəm və yazmışam. Bu insanların əksəriyyəti bu gün KİVDF haqqında istintaqı gedən cinayət işi üzrə məsuliyyətinə cəlb olunmalıdırlar. Respublika Baş Prokurorluğu isə bir ildən artıqdır ki, istintaqı gedən cinayət işi üzrə ancaq bu günlərdə fondun icraçı direktoru Vüqar Səfərlini həbsini elan edib. Halbuki, həmin fondda mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyini, kimliklərini bütün ölkə bilir. Bu gün şəhid ailələrinin, yaralıların, Vətən Müharibəsi iştirakçılarının maliyyə çatışmazlıqları üzündən ehtiyac içində yaşadıqları bir dövrdə bu cür yanaşma yolverilməzdir. Baş Prokurorluq tərəfindən elan olunan 5-10 miyon manat heç mənimsənilmiş pulların onda biri də deyil. Ona görə də cəmiyyət olaraq KİVDF haqqında gedən cinayət işi hamının diqqətində olmalıdır. Bu məsələ tək pulların mənimsənilməsi deyil, həm də cəmiyyətin çirkabdan təmizlənməsi üçündür, çünki bu murdar dəstə uzun illər Azərbaycan Xalqının əxlaqına, mədəniyyətinə sağalmaz ziyan vurub. Cəmiyyətimizin güzgüsü olan mətbuatımızı çirkabda batırıblar. Bu cinayət işinin nəticəsi tək oğurlanmış pulların qaytarılması yox, həm də qanunsuz olaraq bu cinayətkar dəstənin qulluğunda olanlara verilmiş mənzillərin, fəxri adların və digər imtiyazların ləğvi ilə yekunlaşmalıdır. Əks halda, Ramiz Mehdiyev və Əli Həsənov tandeminin on illər ərzində qurduqları cinayətkar, əxlaqsız iş prinsipi yenə davam edəcəkdir” – A.İsmayılov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar